Icma.az
close
up
RU
Dələduzluq etmiş keçmiş hakimlə bağlı məhkəmə qərarı NİYƏ icra olunmur?

Dələduzluq etmiş keçmiş hakimlə bağlı məhkəmə qərarı NİYƏ icra olunmur?

Icma.az bildirir, Oxu.az portalına istinadən.

Keçmiş məhkəmə hakimi Lətif Nəbiyevlə bağlı redaksiyamıza şikayət daxil olub. Şikayətçi Azad İbrahimovun sözlərinə görə, o, dələduzluq və korrupsiya əməllərinə yol vermiş Lətif Nəbiyev tərəfindən aldadılıb, sözügedən şəxs tərəfindən milyonlarla manat ziyan dəyib.

A.İbrahimov Oxu.Az-a açıqlamasında bildirib ki, 2022-ci il aprelin 29-da Bakı Apellyasiya Məhkəməsi onun mülki iddiasını qismən - yəni 214 258 manat məbləğində təmin edib.

O qeyd edib ki, həmin qərarın icrası üçün 2022-ci il iyulun 5-də sənədlər Ədliyyə Nazirliyinin Sabunçu Rayon İcra Şöbəsinə göndərilib:

"Lakin 2022-ci ildən 2025-ci il mayın 21-dək bu iş icra olunmayıb. İcra şöbəsinə dəfələrlə müraciət etsəm də, heç bir nəticə yoxdur. Hər dəfə rəsmi şəkildə bildirmişəm ki, məhkəmə qərarı vətəndaşa qarşı icra edilməlidir. Fevral ayından etibarən mütəmadi olaraq Sabunçu Rayon İcra Şöbəsinə getdim, icraçı Səbirə xanımla dəfələrlə görüşdüm. O mənə dedi ki, iş üzrə heç bir tədbir görə bilmir. Səbəb isə Lətif Nəbiyevin zənglərə cavab verməməsi və ümumilikdə saymazlıq göstərməsidir. Daha sonra o, prosesi bilərəkdən ləngidib, qeyri-qanuni üsullardan istifadə edərək 2025-ci il mayın 210də Gədəbəy Rayon İcra Şöbəsinə icra sənədlərinin göndərilməsinə nail olub.

2025-ci il mayın 24-dən etibarən iş Gədəbəy Rayon İcra Şöbəsindədir. Gədəbəy İcra Şöbəsinin rəisi Elxan bəy və icraçı Ruslan bəylə mütəmadi görüşlərim olub. 25 iyun tarixində yenidən Bakı Şəhər İcra Baş İdarəsində olmuşam və müavin Fəqan bəylə görüşmüşəm. Onun köməkçisi mənə qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsi bu iş üzrə 2022-ci ildə qərar çıxarıb, lakin iş yalnız 21 may 2025-ci ildə icraya daxil olub. Bu isə tamamilə əsassız və gülünc fikirdir. Çünki rəsmi sənədlərdə aydın şəkildə göstərilir ki, 2022-ci il iyulun 5-də Bakı Apellyasiya Məhkəməsinin qərarı Sabunçu Rayon İcra Şöbəsinə göndərilib. Mən tələb edirəm ki, bu işin icrası təmin olunsun. Əgər qarşı tərəf ödənişi etmirsə, şəxs barəsində qanuni tədbirlər görülməli və o, həbs olunmalıdır".

Şikayətçi sözlərinə belə davam edib:

"İcra şöbəsinin müavini Fəqan bəy isə bildirir ki, "tez bir zamanda bu iş üzrə həbs mümkün deyil. 2022-ci ildən bu günə qədər 3 il keçib. Əgər icra orqanı işi icra etmir, tədbir görmürsə, burada mənim nə günahım var?"

Digər tərəfdən, 2025-ci il yanvarın 24-də adıçəkilən şəxs həbsdən azad olunub və artıq 6 ay keçib. Daha nə qədər vaxt keçməlidir ki, dələduzluq etmiş və məhkəmə qərarını icra etməkdən yayınan şəxs barəsində hüquqi tədbirlər görülsün? Niyə məhkəmə qərarı icra olunmur?

Mənim tələblərim sadədir: dəymiş ziyanın məhkəmə qərarına uyğun şəkildə ödənilməsi və ya qərarın icra edilməməsi halında şəxsə qarşı qanuni tədbirlərin görülməsi. Bu səbəbdən bütün dövlət qurumlarına müraciət edirəm və xahiş edirəm ki, bu məsələdə mənə yardım göstərilsin".

A.İbrahimov sonda vurğulayıb ki, əlində rəsmi sənədlər var və iş 2022-ci ilin iyul ayından etibarən Ədliyyə Nazirliyinin tabeliyində olan icra orqanında icraya yönəldilib:

"Bunu da əlavə edim ki, Lətif Nəbiyev izahatında maddi vəziyyətinin pis olduğunu, övladlarının köməyi ilə dolandığını bildirib. Halbuki əvvəlki şikayətlərimdə də qeyd etmişəm ki, Lətif Ədil oğlu Nəbiyevin müxtəlif şəxslərin adına sənədləşdirdiyi, ümumi dəyəri 2 milyon manata yaxın olan mülkləri var və bu mülklərin tamamı onun hakim işlədiyi dövrdə korrupsiya və dələduzluq yolu ilə əldə olunub".

Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Bakı Apellyasiya Məhkəməsinin 29.04.2022-ci il tarixli icra vərəqəsinə əsasən, Lətif Nəbiyev Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 4 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub, ondan 214 258 manat Azad İbrahimovun xeyrinə ödənilməsi tələb edilib:

"Məlumat üçün qeyd edək ki, Bakı şəhəri Sabunçu Rayon İcra şöbəsinin icraatında L.Nəbiyevin borc öhdəliyi ilə bağlı digər iş üzrə icra sənədi əlilliyə görə aldığı təqaüdə yönəldilib, daha sonra tutma aparılmadığı müəyyən edilib, L.Nəbiyevin pensiyasının dayandırıldığı məlum olub.

Sabunçu Rayon İcra Şöbəsində 2022-ci il iyulun 5-də icraata başlanıb, icraat zamanı borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlir aşkar edilməyib, L.Nəbiyevin Penitensiar Xidmətin Müalicə müəssisəsində, daha sonra 9 saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkdiyi müəyyən edilib.

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 24.01.2025-ci il tarixli qərarı ilə Cinayət Məcəlləsinin 80-1-ci maddəsinə əsasən, (zərərçəkmiş şəxslə barışmaqla, cinayət nəticəsində vurulmuş ziyanı və ya əldə edilmiş gəliri tamamilə ödəməklə bağlı cəza çəkməkdən azad etmə) L.Nəbiyev cəzadan azad edilib".

Məlumatda əlavə olunub ki, L.Nəbiyevin Gədəbəy rayonu, Arabaçı kəndində yaşaması barədə Gədəbəy Rayon İcra Hakimiyyətinin Arabaçı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışı nəzərə alınaraq icra sənədi 2025-ci il mayın 21-də Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinə göndərilib, həmin qurumda davam edən icraat üzrə borcluya məxsus tələbin yönəldilə biləcəyi əmlak və gəlirlər aşkar edilməyib.

L.Nəbiyev 2025-ci il iyunun 13-də icra qurumuna dəvət edilərək izahatı alınıb, məhkəmə qərarının mahiyyəti ona izah edilərək məsuliyyət barədə xəbərdar edilib.

Həmçinin qeyd edək ki, Gədəbəy Rayon Məhkəməsinin 11.06.2025-ci il tarixli qərardadı ilə L.Nəbiyevin ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.

Bildiririk ki, məhkəmə qərarının icrası ilə əlaqədar yerli icra qurumunda məcburi icra tədbirləri davam etdirilir.

Məhərrəm Əliyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://oxu.az
archiveBu xəbər 02 İyul 2025 22:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see765

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see233

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see199

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see175

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see172

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see161

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see159

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see157

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see156

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see146

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see145

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see145

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see142

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see141

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri