Dələduzluqda təqsirləndirilən şəxsin cəzası 2 il azaldılıb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Öz qulluq mövqeyindən istifadə etməklə dələduzluq etməkdə təqsirləndirilən Gülgün Nəsirova barəsində olan hökmdən kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
APA xəbər verir ki, Ali Məhkəmədə hakim Rəşad Abdulovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.
Qərara əsasən, Gülgün Nəsirova cəzası 3 ilə endirilib.
Qeyd edək ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Gülgün Nəsirova 5 il 3 ay müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən dələduzluq), 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilən israf etmə), 311.3.2 (təkrar rüşvət alma), 32.4,312.2 (rüşvət verməyə təhrik etmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 18 Fevral 2025 18:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















