Icma.az
close
up
RU
“Dəli həkimi” damğasından necə qurtulaq? Psixi sağlamlıqla bağlı yeni məqam

“Dəli həkimi” damğasından necə qurtulaq? Psixi sağlamlıqla bağlı yeni məqam

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son beş ildə Azərbaycanda psixi sağlamlıq problemləri ilə üzləşən insanların sayı iki dəfə artıb. Bu statistika təkcə səhiyyə sisteminə deyil, bütövlükdə cəmiyyətə ciddi siqnal kimi qiymətləndirilir.

Artımın səbəbləri nədir? Cəmiyyət psixi sağlamlıq məsələsinə yetərincə həssas yanaşırmı?

Globalinfo.az-a danışan psixoterapevt Aysel Məmmədova deyib ki, psixi xəstəliklərin artmasının arxasında bir çox sosial və iqtisadi amillər dayanır. Onun sözlərinə görə, işsizlik, xüsusilə təhsilli gənclərin əmək bazarında yer tapa bilməməsi bu sahədə əsas səbəblərdəndir:

“Diplomu yeni alan gənclər işə müraciət edəndə onlardan dərhal təcrübə tələb olunur. Amma heç kim düşünmür ki, təcrübə yalnız imkan yaradıldıqda qazanılır. Gənclər özlərini cəmiyyətə faydalı etmək istəyirlər, amma bu yolda qarşılarına sədlər çıxır. Daimi qayğı, gələcəklə bağlı narahatlıq, yaşanan itkilər, emosional təzyiqlər, psixoloji yüklənmələr – bütün bunlar insan beynində yığıldıqca müəyyən psixi pozuntulara yol açır. Bu isə artıq fərdi deyil, ictimai bir problemə çevrilir”.

A.Məmmədova vurğulayıb ki, son 5-10 ildə Azərbaycanda psixoloq və ya psixiatr yardımına müraciət müəyyən qədər normallaşıb:

Həmçinin oxuyun:

APRİA layihəsinin yekunları çərçivəsində beynəlxalq sertifikatlar verildi – FOTOLAR

Aysel Məmmədova

“Halbuki əvvəllər insanlar psixiatra getməyi “dəli həkimi”nə getmək kimi görürdülər. Bu damğa hələ də cəmiyyətdə tam silinməyib. İnsanlar panik atak, depressiya və digər psixi pozuntularla mübarizə aparsalar da, bunu etiraf etməyə və mütəxəssisə getməyə utanırlar. Çox zaman fiziki əlamətlərlə – tərləmə, ürəkbulanma, yuxusuzluq, iştahasızlıq, yüksək təzyiq, şəkər, hətta saç tökülməsi kimi hallarla qarşılaşan insanlar bu simptomların psixoloji səbəblərini dərk etmirlər. Hərçənd ki, bu pozuntuların bir çoxu beyindəki kimyəvi tarazlığın pozulması, psixoloji yüklənmə və daxili gərginliklə birbaşa bağlıdır”.

Psixoterapevt deyib ki, məlumatsızlıq, stiqma və yanlış yanaşmalar nəticəsində insanlar hələ də psixoloji yardım almağı gecikdirirlər:

“Əgər xəstəliklərə daha rasional və açıq yanaşsaq, mütəxəssislər bu məsələlərə daha aydın və sadə dildə izahlar versə, insanlar da psixi sağlamlıqlarına ciddi yanaşar. Psixoloji dəstək və terapiya almaq, adi tibbi müalicə kimi təbii və vacibdir. Bu anlayış yayılarsa, cəmiyyətimiz daha sağlam olar”.

Zaira Akifqızı
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:69
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 23 İyul 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri