Dəlinin qeydləri Arsbaran teatr festivalında
Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrı İran İslam Respublikasının Əhər şəhərində keçiriləcək “Arsbaran” adlı teatr festivalında iştirak edəcək.
Teatrın mətbuat xidmətindən XQ-yə verilən məlumata görə, teatr Nikoloy Qoqolun “Dəlinin qeydləri” adlı əsəri əsasında hazırlanmış eyniadlı monotamaşa sentyabrın 5-də festivalda çıxış edəcək.
32 illik səhnə həyatını uğurla davam etdirən, müxtəlif illərdə nüfuzlu beynəlxalq festivallarda mükafatlar qazanan səhnə əsərinin quruluşçu rejissoru Xalq artisti Cənnət Səlimova, quruluşçu rəssamı Lətifə Quluzadədir.
Tamaşada Poprışşin rolunda Əməkdar artist Şövqi Hüseynov çıxış edir.
Poprışşin sosial ədalətsizliyi aradan götürmək üçün vəzifədə özündən çox üstün olan rəisinin qızı ilə evlənmək qərarına gəlir. Bir dəlinin sayıqlamalarında, o, İspaniyanın kralı, dünyanı idarə edən, nurlu şəxsiyyətə çevrilir. Poprışşin dünyasını çoxdan dəyişmiş anasının səsini eşidir. Lakin bu səs də xəstə varlığın ruhunu xilas edə bilmir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 03 Sentyabr 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















