Icma.az
close
up
RU
Dəməşq və Moskva arasındakı razılaşmanın detalları

Dəməşq və Moskva arasındakı razılaşmanın detalları

Icma.az, Axar.az saytına istinadən bildirir.

Yaxın Şərqdəki əsas hərbi bazalardan istifadə ilə bağlı şübhələr, Ukrayna prezidentinin ənənəvi avropalı müttəfiqlər tərəfindən isti qarşılanması, keçmiş sovet respublikasının liderinin misli görünməmiş itaətsizlik nümayiş etdirməsi. Son bir neçə həftə ərzində Ukraynada müharibə davam edərkən Kremlin qlobal təsirini qoruyub saxlamaq ümidlərinə bir-birinin ardınca zərbə dəyib.

Axar.az xəbər verir ki, bu barədə “Tayms” nəşrində məqalə dərc edilib.

Nəşrin məlumatına görə, bazar günü Suriya Rusiyanın Xmeymim aviabazasının və Tartusdakı hərbi-dəniz bazasının artıq yalnız Moskvanın nəzarətində olmayacağını açıqlayıb. Hərbi obyektlərin “birgə təlim mərkəzləri”nə çevriləcəyi bildirilib. Bunlar Rusiyanın keçmiş Sovet İttifaqı ərazisindən kənarda yerləşən yeganə rəsmi hərbi bazaları idi.

Məqalədə qeyd olunur ki, bu hadisə Kremlin əsas müttəfiqi Bəşər Əsədin 2024-cü ildə üsyançılar tərəfindən devrilməsindən sonra baş verib. Suriyanın prezidenti postunda Əsədi islamçıların rəhbərlik etdiyi üsyançı hərəkatın komandiri Əhməd Şara əvəz edib:

"Rusiya ordusu Əsədi doqquz il ərzində dəstəkləsə də, minlərlə suriyalı üsyançının və dinc sakinin ölümünə səbəb olsa da, üsyançılar Dəməşqə daxil olarkən Rusiya Prezidenti Vladimir Putin qoşunlarına müdaxilə etməmək əmri verib.

Suriya Şərqi Aralıq dənizindəki bazalarla bağlı razılaşmanı “Rusiyanın mövcudluğunun yenidən təşkil edilməsi” adlandırıb və bunun “Suriya-Rusiya münasibətlərində yeni mərhələ”yə yol açacağını bildirib.

Suriya razılaşmanın Moskva ilə razılaşdırıldığını və qarşılıqlı maraqların qorunmasını təmin edəcəyini vurğulasa da, hər iki bazadakı mülki obyektlərin Dəməşqə təhvil veriləcəyini qeyd edib".

Rusiyanın xarici siyasəti və Yaxın Şərq üzrə ekspert Anna Nott qeyd edib ki, Rusiyanın gələcəkdə Suriya bazalarından hərbi məqsədlər üçün istifadə edə bilməsi ehtimalı getdikcə azalır, lakin bunu tamamilə istisna etmək olmaz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://axar.az
archiveBu xəbər 11 Avqust 2026 07:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see373

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see335

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see293

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see269

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see266

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see257

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see246

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see239

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see238

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see225

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see219

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see217

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see214

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see211

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see210

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see206

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see206

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see200

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see199

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri