Icma.az
close
up
RU
“Dəmir yumruğa çevrilmiş xalqı olan bir dövlət hər şeyə qadirdir”

“Dəmir yumruğa çevrilmiş xalqı olan bir dövlət hər şeyə qadirdir”

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Yenilməz Azərbaycan Silahlı Qüvvələrinin şanlı tarixi qələbəsi olan Aprel döyüşlərindən düz 9 il ötür. 9 illik zaman kəsiyində 2016-cı ilin 4 günlük müharibəsinə qiymət verərkən ilk növbədə onu söyləmək lazımdır ki, bu qələbə dövlətimizin, ordumuzun, xalqımızın gücünü nümayiş etdirdi. Bu, tarixi bir qələbədir. Azərbaycan Prezidenti cənab İlham Əliyevin təbirincə desək, Aprel döyüşləri nəticəsində Cəbrayılın, Füzulinin, Ağdərənin işğaldan azad olunmuş ərazilərində Azərbaycan bayrağı dalğalanır. Bu qələbə bir daha sübut etdi ki, Azərbaycan xalqı, dövləti heç bir zaman torpaqlarının işğal altında qalmasına imkan verməyəcək”.

Bu sözləri xalqcəbhəsi.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, 2020-ci ildə İkinci Qarabağ müharibəsində qazandığımız tarixi qələbədən, 2023-cü ildə həyata keçirilmiş antiterror əməliyyatlarından, suverenliyimiz tam bərqərar olduqdan sonra bir daha Aprel döyüşlərinin dəyərini, qiymətini bilmək mümkündür: “Çünki o vaxta qədər içimizdə bir nisgil vardı ki, doğrudanmı arxasında böyük güclərin dayandığı və ordusu haqqında miflərin formalaşdırıldığı Ermənistan silahlı qüvvələrinə qalib gəlmək mümkündürmü? ümumiyyətlə, bu problemin, münaqişənin həlli yolu varmı? Aprel döyüşləri bütün bu sualların dəqiq, dürüst cavabını verdi. Cavab da o oldu ki, bəli, Müzəffər Ali Baş Komandanı, yenilməz ordusu, dəmir yumruğa çevrilmiş xalqı olan bir dövlət hər şeyə qadirdir. Bu birlik sayəsində biz bütün torpaqlarımızı işğaldan azad etdik. Amma onun dadını biz Aprel döyüşlərində gördük. Cəbrayılın, Füzulinin, Ağdərənin təxminən 2 min hektardan artıq ərazisi işğaldan azad olundu. Lələtəpə kimi strateji əhəmiyyətli bir yüksəklik işğaldan azad edildi və orada bizim bayrağımız dalğalanmağa başladı”.

E.Nəsirov qeyd edib ki, Aprel döyüşlərində Azərbaycan Ordusunda, Azərbaycan xalqında tam əminlik hasil oldu ki, biz hərbi yolla öz torpaqlarımızı geri qaytarmağı bacaran xalqıq: “Aprel döyüşləri həm də Azərbaycanın yenilməz ordusu olduğunu nümayiş etdirdi. O ordunun əsgər və zabiti Vətən yolunda canını fəda etməyə hazırdır. Bunu da bütün dünyaya nümayiş etdirdi. Bu ordunun qarşısını heç kim ala bilməz, qarşısına sədd çəkə bilməz. Sayından asılı olmayaraq istənilən istehkamı bu ordu darmadağın etməyə qadirdir. Hesab edirəm ki, 2016-cı ilin aprel ayında 4 günlük müharibənin gedişatında qazanılmış qələbə əslində 2020-ci ildəki tarixi Zəfərə yol açmış oldu. 2016-cı ilin Aprel döyüşləri tarixi Zəfərin bir qaranquşu, müjdəçisi idi və Azərbaycan Ordusu sözün həqiqi mənasında tarix yazdı, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi”.

Deputat tarixi ədalətin bərpası nəticəsində bizim həm də beynəlxalq hüququn keşiyində dayandığımızı diqqətə çatdırıb: ”Biz dünyaya nümayiş etdirdik ki, məğrur xalqıq, heç bir zaman işğalla barışmayacaqdıq və barışmadıq da. Bu reallığı dünya dərk etsin. Bilsin ki, Azərbaycan xalqı müdrik, sülhsevər xalqdır, amma bir şərtlə ki, onun torpağını işğal etmək, bu torpağa qarşı çirkli əlləri uzatmaq olmaz. Uzadarsan, o zaman bu xalq cavabını verər. Necə ki, elə 2016-cı ildə, 2020-ci ildə bunu etdi və sözün həqiqi mənasında yeni bir tarix yazdı”.

Röya İsrafilova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 03 Aprel 2025 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see379

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see281

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see266

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see255

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see251

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see246

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see242

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see241

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see235

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see226

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see215

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see204

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see201

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see201

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see199

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see199

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see199

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see191

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see189

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri