Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Xarici ticarət: ixrac və idxal azalır

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

İlhamə Quliyeva müsahibə verdi və ağladı

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

Dəmiri isti isti döyərlər... Azərbaycana qarşı təxribatçı çıxışlara dərhal cəsarətli və sərt cavab verilməlidir

Dəmiri isti isti döyərlər... Azərbaycana qarşı təxribatçı çıxışlara dərhal cəsarətli və sərt cavab verilməlidir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Zatulin, Kandelakin, Kandelaki, Kiosyan və s. bunlar tanış adlardır. Rusiyanın Qazaxıstana qarşı dedikləri ilk dəfə deyil. Rusiya Qazaxıstanın şimalını “rus çölləri” adlandırır. Necə ki, ermənilər deyirdi ki, “Azərbaycan adlı dövlət olmayıb”, ruslar da deyirdi ki, “Qazaxıstan adlı dövlət olmayıb”. Bunlar “Azərbaycan, Qazaıxtan adlı dövlət olmayıb” deyəndə başa düşmürlər ki, Azərbaycanda və Qazaxıstanda olan qədim türk xalqı ümumiyyətlə dünyada ermənilərdən və ruslardan əvvəl dövlətlər qurub, məskən salıb. Bəli, dünən onların qurduğu dövlətlərin adı başqa ola bilər, amma həmin o xalqlar dövlətlər qurub. Azərbaycan adlı dövlət olmayıbsa, türk xalqı olmayıb? Onda belə çıxır ki, Cənubi Qafqazda türk xalqı 1918-ci ildən peyda olub? Mərkəzi Asiyada da türk xalqı 1920-ci ildən sonra peyda olub? Qazaxıstanlılar da deyə bilərlər ki, ümumiyyətlə bütün Rusiya, Moskva Qızıl Ordadır. Onlar da Nazarbayev vaxtında öz varisi kimi Qızıl Ordanı göstəriblər. Yəni o zaman ümumiyyətlə bütün Rusiya da vaxtilə qazaxıstanlıların ruslara verdiyi hədiyyədir. Artıq daha cəsarətli çıxışlar etmək lazımdır”.

“Ağ Partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bu siyahıda olan adamlar Azərbaycana qarşı da əvvəl hücumlar edib.

Əhəd Məmmədli

Politoloq bildirib ki, onların cavabları istər Qazaxıstan, istər Azərbaycan tərəfindən verilir.

“Təbii ki, bir az çəkingən. Açıq demək lazımdır. Misal; Astanaya və yaxud da Bakıya iddia qoyularsa, biz də Dərbəndə iddia qoymalıyıq. Bilirsiniz ki, Krım xanı iki dəfə Moskvanı yandırıb. “Qızıl Orda”, peçenek, bulqar, polo xaqanlıqları, türk xaqanlıqları... Xatırlayırsınızsa, Putin pandemiya vaxtı demişdi ki, “Rusiya xalqı daha böyük təhlükələr görüb. Orada kimin adını çəkmişdi? Orada fransızların və yaxud almanların, Napoleonun və ya Hitlerin hücumunu xatırlatmamışdı. Polovların, peçeneklərin adını çəkmişdi. Onlar qədim türk xalqalrıdır. Onların artıq beyninə yeriyib ki, ən böyük təhlükə türkdür. Ona görə belə hücum edirlər. O təhlükənin qarşısını almaq üçün belə addım atırlar. Bu səbəbdən də onların cavabını vaxtında və cəsarətli şəkildə vermək lazımdır”-deyə politoloq qeyd edib.

Əhəd Məmmədli Jirinovskini də xatırladıb.

“Yadınızdadırmı, Jirinovski Azərbaycana qarşı necə neçə dəfə təhqiramiz ifadələr işlədirdi? Jirinovski ölməmişdən öncə. Bəxtiyar Vahabzadənin bir oğlu var, İsfəndiyar Vahabzadə. Düzdür, mən o adamın siyasi olaraq kimliyini bəyənmirəm. O, çox düzgün cavab vermişdi. Cavab da təhqiredici olmuşdu. Sanki qurbağa gölünə daş atmışdılar. Sakitləşmişdilər. Çünki elələrinə onların dilində cavab vermək lazımdır. Onların dilində danışa bilən bizim də “jirinovski”lərimiz və ya Kandelaki kimi aparıcımız olmalıdır.

Türk ölkələrinə Rusiya tərəfindən, rus şovinistləri tərəfindən hücumlar olanda cavab bir az ehtiyatlı verilir. Bir az o cavabları cəsarətləndirmək lazımdır. Bizim də "Zatulin"lərimiz olmalıdır. İstər Qazaxıstandakı deputatlar olsun, istər Azərbaycanın Milli Məclisindəki deputatlar olsun. Deputatlarımız niyə danışmırlar? Deputatımızın birini deport ediblər. Deputatın diplomatik toxunulmazlığı var. Niyə çıxış etmirlər, nədən çəkinirlər?

AzTV Almaniya haqqında verilən veriliş hazırlayanda, digər yandan Rusiya haqqında da bir veriliş hazırlasın. Təyyarə faciəsində Rusiyaya qarşı kifayət qədər reaksiya oldu. “Rusiya evi” bağlandı və s. Bunlar siyasi konyukturaya uyğun olmamalıdır. Dünən İranı tənqid edirdik. O gün Pezeşkian iki şeir dedi, başladıq İranı tərifləməyə?! Eynilə də Rusiya üçün deyirəm. Dünən təyyarəmizi vurmuşdular, tənqid edirdik və bu gün 9 maya hazırlaşırıq. Mən bunu tam da Azərbaycana aid bir qələbə hesab etmirəm. Mənimlə razılaşmayanlar ola bilər. Amma ruslarda fərqlidir. Bu, konyukturaya uyğun deyil” -deyə politoloq bildirib.

Əhəd Məmmədli qeyd edib ki, Qazaxıstanla Rusiya müttəfiqdir, yenə dəöz müttəfiqinə ərazi iddiası ilə çıxış edir.

“Bu necə olur? Bizim də Dugin kimi filosofumuz olmalıdır. Bizim də Bəxtiyar Tuncay kimi filosofumuz var. Ona şərait yaradılmalıdır ki, danışsın. Tarixi xatırlatsın. Rusiya dövlətinin cəmi 500 il tarixi var. Bu rəqəm tarix üçün azdır. Biz onlara xatırlatmalıyıq ki, sənin 500, mənim dövlət olaraq 2000-3000 yaşım var. Buna ümumi Qazaxıstan, Azərbaycan və Özbəkistan tarixçiləri yığışıb, birgə cavab verməlidir. Türk ölkələrində dövlət ideologiyası yoxdur. Biz də onlara uyğun cavab verməliyik. Öz zatulinlərimizi, duginlərimizi yaratmalıyıq. Biz nə edirik? Biz rusun deputatını deport etsəydik, rus kanalları Azərbaycana qarşı hücuma başlamışdı. Bizim kanallarımız niyə susdu? Burada dövlət ideologiyası işləməlidir. Burada dövlət səviyyəsində media təbliğatı aparılmalıdır. Hitler Almaniyası Avropanı tutanda təkcə silah gücünü yox, həm də Gebbelsin propaqandasının hesabına tutmuşdu. Putin bu gün Zatulin və Dugin kimi şəxslərin hesabına guruldayır. Özlərindən icad ediblər “rus dünyası”...

Biz türk dünyasına, türk dövlətlərinə hələ də türkdilli dövlətlər deyirik. Türk deməyə çəkinirik. Bəlkə biz də yenidən Dərbənd qalası, Dərbənd söhbətini qaldıraq?! Bəlkə deyək ki, dünənə qədər ora bizim olub?! Bəlkə Şimali Qafqaz respublikalarının Azərbaycanda birləşmə 1918-ci ildə traktatını, parlamentdə qəbul edilən qərarı qaldıraq?! Ümumiyyətlə, nəinki Dərbənd, bütün Şimali Qafqaza iddiamızı qoyaq. Bəlkə Şimali Qafqazdan da özümüzə cəlb edək?! Bəlkə Rusiyanın muxtar respublikalarındakı Rusiyanın işğalından razı olmayan tarixçilər, siyasətçilər, jurnalistlər tapaq?! Onları hazırlayaq və lazımi məlumatlar verək, səsləndirsinlər. Bəlkə Rusiyanı daxildən çalxalayaq? Rusiya görsün ki, bizim də onlara qarşı "silah"ımız var. Ruslar talışları yığıb orada konfrans keçirə bildiyi kimi, biz də burada çeçənləri yığıb konfrans keçirək. Niyə etmirik? Tatarları, başqırdları, çukçaları yığaq. Əminəm ki, çukçaların arasında rusa qarşı nifrəti olan kifayət qədər insan tapa bilərik. Bizim diasporamız, səfirlərimiz, konsullarımız nə ilə məşğuldular? Cavan-cavan uşaqlardır, orada nə ilə məşğuldurlar? İdeologiya ilə məşğul olmaq lazımdır”-deyə Əhəd Məmmədli vurğulayıb.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:80
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2025 00:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see252

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see230

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see208

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see207

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see206

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see196

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see190

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see187

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see178

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see169

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see158

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see158

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see153

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see151

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see150

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see149

Qarderobunuzu necə təşkil etmək olar: Atılacaq əşyalar...

25 Dekabr 2025 01:01see148

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Ukrayna üçün səylərimizi davam etdirəcəyik Makron

25 Dekabr 2025 01:15see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri