Demokratiyaya sui qəsd : Fransa Rumıniya üçün müraciət etdi, Durov razılaşmadı
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Telegram”ın baş direktoru Pavel Durov bildirib ki, mesajlaşma platforması Qərbi Avropa ölkələrinin birinin hökumətindən Rumıniyada keçirilən prezident seçkisinə müdaxilə etmək tələbi alıb.
Globalinfo.az Oxu.az-a istinadən xəbər verdiyinə görə, bu barədə gazeta.ru məlumat yayıb.
Onun sözlərinə görə, sorğu bu gün keçirilən prezident seçkisi ərəfəsində alınıb və Rumıniyada “mühafizəkar səsləri susdurmaq” zərurəti ilə əlaqədar olub.
Durov qəti şəkildə bu tələbi yerinə yetirməkdən imtina etdiyini vurğulayıb.
Rəsmi “Telegram” kanalında yayımlanan mesajında o, hansı ölkə hökumətini nəzərdə tutduğunu birbaşa açıqlamasa da, emojidən istifadə edərək işarə verib və bunu çoxları Fransaya istinad kimi şərh ediblər.
Durov, həmçinin ifadə azadlığı və seçki ilə bağlı öz mövqeyini açıqlayıb. O bildirib ki, “demokratiyanı məhv edərək demokratiyanı qorumaq olmaz” və “seçkiyə müdaxilə ilə mübarizəni seçkiyə müdaxilə etməklə aparmaq olmaz”. Onun fikrincə, ifadə azadlığı və şəffaf seçki ayrılmaz anlayışlardır və rumın xalqı hər ikisinə layiqdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 18 May 2025 21:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















