Icma.az
close
up
RU
“Dünən TƏBİB in binası qarşısında diş həkimlərinin etiraz aksiyası göstərdi ki, xalq yatıb yanaşması artıq tarixə çevrilir” ŞƏRH

“Dünən TƏBİB in binası qarşısında diş həkimlərinin etiraz aksiyası göstərdi ki, xalq yatıb yanaşması artıq tarixə çevrilir” ŞƏRH

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Ötən gün Azərbaycanın müxtəlif rayonlarında fəaliyyət göstərən stomatoloqlar TƏBİB-in qarşısında etiraz aksiyası keçirirlər.

Gununsesi.info xəbər verir ki, təxminən yüzə yaxın stomatoloq kənd və rayonlardan gələrək etiraz üçün yığışıblar.

Aksiya keçirən stomatoloqlar qeyri-qanuni olaraq ixtisara düşdüklərini iddia edirlər.

İddialara görə, 150-200 minlik əhalisi olan rayonlarda xəstəxanaların hər birində cəmi 3 stomatoloq ştatda saxlanılıb.

Aksiyaya yığışanlar bildirirlər ki, rayonlarda stomatoloqlara ehtiyac daha böyükdür.

İqtiadçı Qaşqay İsmayıl məsələyə belə münasibət bildirib.

“2026-cı il üçün qəbul edilmiş dövlət büdcəsinin və hökumətin ucuz kommunal, ucuz marşurut qiymətləri siyasətindən imtina etməsinin və insanlarımızın büdcədən qidalnmaqdan büdcəni qidalandırmağa keçid etməklə vergi ödəyicisinə çevrilməsinin mühüm inqilabi dəyişikliklərə gətirəcəyini, cəmiyyətin hakimiyyətlə dialoqunun istər-istəməz fərqli şəkil alacağını əvvəllər də qeyd etmişdik.

Çünki hökumət, 2026-cı ilin büdcə layihəsi ilə və ucuz kommunal, ucuz marşurut qiymətləridən imtina siyasəti ilə indiyə qədər mövcud olan konsensusdan kəskin şəkildə imtina etdiyinin anonsunu vermişdi”.

O qeyd edib ki, dünən TƏBİB-in binası qarşısında diş həkimlərinin etiraz aksiyası göstərdi ki, xalq yatıb yanaşması artıq tarixə çevrilir, sərf edəndə insanlar etiraz aksiyasına qoşulurlar:

“Əslində peşəkar diş həkimləri belə aksiyalara qoşulmazlar, belə aksiyalara qoşulanlar büdcədən qidalanan, indiyə qədərki əlverişli sosial-iqtisadi mühitdən məcburi şəkildə ayrılan, havayı maaş alanlardır. Peşəkar diş həkimi isə nəinki büdcədən qidalanır, tam əksinə vergi ödəyicinə çevrilməklə büdcəni qidalandırır və əsl vətəndaş mövqeyini də peşəkarlardan gözləməliyik.

Bütün sahələrdə vətəndaş mövqeyini istər biznes sahəsi, elm, tibb, tikinti, energetika, ədəbiyyat, iqtisadi sahə və istərsədə bütün digər sahələrin peşəkarlarından gözləməliyik.

Çünki səbəb çox sadədir. Peşəkarlar hüquq davası, mətbuat, seçki, demokratiya, ədalətli məhkəmə davası, qeyri-peşəkarlar isə şəxsi mənafe və yaxud kobud desək qarın davası edəcək”.

Şəbnəm

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 08 Yanvar 2026 14:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri