Icma.az
close
up
RU
Demoqrafik böhran: Azərbaycan cinsiyyət disbalansına görə Çindən sonra ikinci yerdə dayanır

Demoqrafik böhran: Azərbaycan cinsiyyət disbalansına görə Çindən sonra ikinci yerdə dayanır

Icma.az, Operativmedia portalına istinadən məlumat verir.

Bu ilin yanvar-sentyabr ayları ərzində doğumların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb. Dövlət Statistika Komitəsi məlumatına əsasən, 2024-cü ilin yanvar-sentyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 77172 doğulan körpə qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 11,2-dən 10,1-ə düşmüşdür. Doğulan körpələr arasında oğlan uşaqlarının xüsusi çəkisi 53,0 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,0 faiz olmuşdur.

Bəs bu göstəricilər gələcəkdə hansı problemlər yarada bilər?

Məsələ ilə “Operativ Media”ya açıqlama verən sosioloq Mətanət Məmmədova bildirib ki, bu gün dörd oğlana bir qız düşür:

"Artıq illərdir ki, ölkədə doğulan qız və oğlan uşaqları arasında disbalans yaranıb. Bunun əsas səbəbi, 20 il əvvəl ultrasəs müayinələri ilə dölün qız və ya oğlan olmasının müəyyənləşdirilməsi olub. Valideynlər artıq hamiləliyin 3 və 4-cü aylarından uşağın cinsiyyəti ilə bağlı məlumat əldə edə bilirlər. Bizim cəmiyyətimizdə belə bir fikir formalaşıb ki, hər bir ailədə mütləq bir oğlan uşağı dünyaya gəlməlidir. Bu, bizim köhnə ənənələrimizə əsaslanan bir düşüncədir.

"Oğulun yoxdur, sonun yoxdur" deyə bir misal belə var. Lakin bu, heç də düzgün bir fikir deyil. Təəssüf ki, bu gündə cəmiyyətimizdə bu kimi köhnə düşüncələrə sahib insanlar var. Bəzən ana bunu istəməsə də, ata, qayınana və ya qayınata mütləq şəkildə oğlan uşağı istəyir. Qadından oğlan uşağı dünyaya gətirməsini tələb edirlər.

Belə olduqda, qadın hamiləlik dövründə ultrasəs müayinəsinə müraciət edir. Uşağın qız olduğunu bildikdə isə, hamiləliyi sonlandırır. Bu da ölkədə oğlan və qız uşaqları arasında balansın pozulmasına gətirib çıxarır. Nəticədə, bu vəziyyət gələcəkdə çox böyük problemlərə yol açacaq. Daha doğrusu, artıq bir neçə ildir ki, bu problemlərlə üzləşirik.

Hazırda, oğlanların sayı qızların sayından artıqdır. Bu gün dörd oğlana bir qız düşür. Bu isə gələcəkdə daha çox problemlərə yol açacaq. Azərbaycan artıq bu disbalans səbəbindən Çindən sonra ikinci yerdə dayanır. 2030-cu ilə qədər bu vəziyyət davam etsə, birinci yerdə olacağımız şübhəsizdir.

Gələcəkdə ailə qurmağa qız tapmaq mümkün olmayacaq, bu da özü çox böyük bir problemdir. Aydındır ki, aidiyyəti qurumlar bu sahədə maarifləndirmə işləri aparmalıdır. Hazırda bu balansın pozulması, gələcəyimizə böyük zərbə vuracaqdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://operativmedia.az
archiveBu xəbər 18 Noyabr 2024 17:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see278

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see277

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see260

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see244

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see236

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see223

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see193

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see187

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see184

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see169

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see150

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see149

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see147

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see140

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri