Icma.az
close
up
RU
Dendrologiya İnstitutunda dayanıqlı meşə ekosistemləri üzrə forum təşkil edilib

Dendrologiya İnstitutunda dayanıqlı meşə ekosistemləri üzrə forum təşkil edilib

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 8 iyul, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunda “Dayanıqlı meşə ekosistemlərində biomüxtəliflik balansının qorunması, bərpa və davamlılığın təşkili strategiyasına müasir yanaşmalar” mövzusunda forum keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbir Gəncə Dövlət Universiteti (GDU), Genetik Ehtiyatlar İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə baş tutub.

Dendrologiya İnstitutunun baş direktoru vəzifəsini icra edən dosent Minarə Həsənova çıxışında bildirib ki, forumun məqsədi tədqiqatçılar arasında fikir mübadiləsi aparmaq, elmi araşdırmaları, bərpa texnologiyalarını müzakirə etmək, eləcə də ekoloji siyasət və proqramların hazırlanmasına töhfə verməkdir. O, həmçinin dövlət qurumları, QHT-lər və beynəlxalq təşkilatlarla əməkdaşlığın, ekoloji maarifləndirmənin və layihə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

GD-nun professoru Aynur Bayramova çıxışında belə tədbirlərin ekoloji tarazlığın bərpasına, Qarabağ və ümumilikdə ölkə üzrə flora biomüxtəlifliyinin qorunmasına mühüm töhfə verdiyini qeyd edib. O, Azərbaycanda vələs, palıd, fıstıq kimi əsas ağac növləri ilə yanaşı, digər enliyarpaqlı növlərin də geniş yayıldığını vurğulayıb.

AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov iqlim dəyişikliyinin meşə ekosistemlərinə təsirlərindən danışaraq zərərvericilərin artması, meşə yanğınlarının çoxalması, invaziv növlərin yayılması kimi problemləri önə çəkib. O, iqlim dəyişikliyinin meşələrin növ tərkibinə, fenoloji xüsusiyyətlərinə və məhsuldarlığına mənfi təsir göstərdiyini bildirib.

Qərbi Kaspi Universitetinin dosenti, texnika üzrə fəlsəfə doktoru Aydın Yəhyayev isə çıxışında Ümummilli Lider Heydər Əliyevin ekologiyaya göstərdiyi diqqətə toxunub. O, ötən əsrin 70-80-ci illərində həyata keçirilmiş enerji və su layihələrinin meşələrin mühafizəsində oynadığı rolu qeyd edib. Hazırda Azərbaycanda meşəçilik sahəsində həyata keçirilən layihələrin uğurla davam etdirildiyini, IDEA İctimai Birliyinin bu sahədəki fəaliyyətinin də xüsusi rol oynadığını vurğulayıb.

Forumda, həmçinin ADPU-nun kafedra müdiri Almaxanım Yusifova, Qərbi Kaspi Universitetindən müəllim Ədilağa Məlikov, GDU-dan dosent Ramidə Quliyeva, Genetik Ehtiyatlar İnstitutundan dosent Çimnaz Namazova və Dendrologiya İnstitutunun alimləri müxtəlif mövzularda təqdimatlarla çıxış ediblər.

Sonda çıxışçılar mövzu ətrafında geniş fikir mübadiləsi aparıb və sualları cavablandırıblar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://azertag.az
archiveBu xəbər 08 İyul 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see236

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see182

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see152

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see149

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see143

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see137

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri