Icma.az
close
up
RU
“Dəniz mənzərəmiz var, bərbad yola görə ondan da zövq almırıq” Fotolar

“Dəniz mənzərəmiz var, bərbad yola görə ondan da zövq almırıq” Fotolar

Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.

“Yollarımız bərbad olduğuna görə yaşadığımız əraziyə nə təcili yardım, nə də taksi gəlir. İllərdir küçənin ictimai nəqliyyat problemi düzəlmir”.

Bu şikayətlə “Qafqazinfo”ya Səbail rayonu Əli Nəzmi küçəsində yaşayan bir qrup sakin müraciət edib. 

Onların sözlərinə görə, 2 ay olar ki, “Azəriqaz”​ İB tərəfindən ərazidə qazıntı işləri aparılıb, yol bir az da bərbad vəziyyətə düşüb: “İndi lap biabırçı vəziyyətdədir. İş bitən hissələri də asfaltlamayıblar. Halbuki illər öncə bu yol çox gözəl vəziyyətdə idi, sonradan yol pis vəziyyətə düşdü. Bizim bu yolun şəhər mərkəzinə gedən hissəsinin dənizə çox qəşəng mənzərəsi var. Lakin bərbad vəziyyətə görə mənzərədən də zövq almaq mümkün deyil”.

Sakinlər dəfələrlə Rayon İcra Hakimiyyətinə müvafiq müraciətlər etsələr də, problemin həllini tapmadığını əlavə ediblər.

Şikayətlə əlaqədar Səbail Rayon İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan sorğumuza cavab olaraq bildirildi ki, sözügedən küçə asfaltlanacaq küçələr siyahısına əlavə edilib: “Qaldırılan məsələ ilə əlaqədar tərəfimizdən aidiyyəti üzrə rəsmi müraciət ünvanlanacaq. Əlavə olaraq qeyd etmək istəyirik ki, son 7 il ərzində Səbail rayonunda müxtəlif ünvanlara uzunluğu 75 km-dən çox olan yollara yeni asfalt örtüyü çəkilib. Hazırda işlər mərhələli şəkildə davam etdirilir. Nəzərinizə çatdırırıq ki, asfaltlanma işləri ilə əlaqədar sözügedən ünvan da siyahıya salınıb”.

Gülnar Əliyeva 



Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 08 Sentyabr 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see276

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see274

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see256

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see200

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see194

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see172

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see168

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see163

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see160

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see160

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see154

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see153

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see146

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see143

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see141

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see138

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see137

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see137

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri