Icma.az
close
up
RU
Dənizin tərk etdiyi sahillər: Astarada Xəzərin yerində yeni ekosistem formalaşır FOTO

Dənizin tərk etdiyi sahillər: Astarada Xəzərin yerində yeni ekosistem formalaşır FOTO

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Mütəxəssis xəbərdarlığı: Xəzərin çəkilən hissələrində infrastruktur qurmaq risklidir

Astara, 2 fevral, İlkin Adıyev, AZƏRTAC

Bir vaxtlar Xəzərin sularının dalğalandığı Astara sahillərində bu gün tamam fərqli bir mənzərə yaranıb. Dənizin geri çəkilməsi təkcə coğrafiyanı deyil, bölgənin ekosistemini də köklü surətdə dəyişir. Artıq quruyan sahillərdə yeni flora formalaşır, köçəri quşlar isə bu əraziləri özlərinə yeni məskən seçir. Bəs, Xəzər niyə geri çəkilir və bu proses nə qədər davam edəcək?

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, son illərə qədər Xəzərin mavi sularına qərq olmuş bu ərazilərdə indi müxtəlif bitki növlərinə, hətta hündürlüyü bir neçə metrə çatan ağaclara da rast gəlinir. Cəmi bir neçə ildə burada onlarla bitki növünün əmələ gəlməsi təbii bərpa proseslərinin və ekoloji ardıcıllığın nə qədər sürətli baş verdiyini göstərir. Ən maraqlı məqamlardan biri isə odur ki, bitki örtüyünün sıxlaşması bu əraziləri köçəri quşlar üçün də cəlbedici edib.

Yerli sakinlərin sözlərinə görə, son günlərdə yağan intensiv yağışlar nəticəsində Xəzərə tökülən çaylarda sululuq artsa da, bu artım dənizin sahilboyu ərazilərində hiss olunmur.

Astara sakini Rövşən İmamverdiyev deyir ki, son illər bölgədə intensiv yağıntılar müşahidə olunsa da, bu amil Xəzər dənizinin səviyyəsinə ciddi təsir göstərməyib. Onun sözlərinə görə, leysan xarakterli yağışlar, hətta qarlı hava şəraiti belə dənizdə suyun artmasına səbəb olmayıb. Əksinə, Xəzərin geri çəkilməsi prosesi davam edir və bu dəyişiklik sahilboyu ərazilərdə aydın şəkildə hiss olunur.

“Leysanlar olub, yağışlar yağıb, hətta qar da yağıb. Amma Xəzərin suyu qalxmır ki, qalxmır. Əksinə, yenə də geri çəkilir. Biz uşaqlıqda bu sahildə çimərdik. İndi isə baxırsan, böyük bir “park” yaranıb. Bu bulvar hissəsi əvvəllər tamamilə suyun altında idi. Təxminən 30–40 il ərzində suyun səviyyəsi aşağı düşüb və nəticədə böyük bir sahə yaranıb”, - deyə yerli sakin bildirir.

Mütəxəssislərin sözlərinə görə, Xəzər dənizinin geri çəkilməsi əsasən onun dibində baş verən tektonik proseslərlə bağlıdır. Tarix boyu dənizin səviyyəsində artım və azalmalar müşahidə olunub.

Elmi-tədqiqatçı Samir Salayev deyir ki, Xəzər dənizində baş verən su səviyyəsi dəyişikliyini təkcə iqlim amili ilə bağlamaq düzgün olmazdı: “Bu prosesin əsas səbəblərindən biri də regionda gedən aktiv tektonik hərəkətlərdir. Xüsusilə Lənkəran çökəkliyində müşahidə olunan çökmə prosesi davam edir və yağıntılar hesabına dənizə daxil olan sular bu itkini kompensasiya etməyə yetmir. Nəticədə, Xəzərin cənub hissəsində suyun geri çəkilməsi daha qabarıq şəkildə özünü göstərir. Xəzər dənizinin yerləşdiyi ərazi geosinklinal plitələrin toqquşma zonasında yerləşir və bu səbəbdən bölgədə aktiv tektonik proseslər müşahidə olunur”.

Onun sözlərinə görə, son illər yağıntıların artması nəticəsində dənizə daxil olan sular bu tektonik hərəkətlərin yaratdığı səviyyə azalmasını kompensasiya etmək üçün kifayət etmir. “Məhz bu amil Xəzər dənizində su səviyyəsinin dəyişkən qalmasına və geri çəkilmə prosesinin davam etməsinə səbəb olur”, - deyə mütəxəssis bildirir.

Tədqiqatçı, həmçinin qeyd edir ki, bundan sonra da çaylarda suyun artımı müşahidə olunsa belə, bu, Xəzər dənizinin səviyyəsinin qalxmasına ciddi təsir göstərməyəcək. Hesablamalara görə, analoji geri çəkilmə prosesinin 2040-cı ilə qədər davam edəcəyi gözlənilir. Daha sonra isə dəniz səviyyəsinin tədricən artacağı proqnozlaşdırılır. Məhz bu səbəbdən geri çəkilmə nəticəsində yaranmış quru sahələrdə yeni infrastrukturun qurulması məsləhət görülmür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2026 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fevral ayı üçün namaz vaxtları TƏQVİM

31 Yanvar 2026 17:29see228

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see228

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see223

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see221

Bizə diktə etməyə çalışırlar İranlı nazirdən AÇIQLAMA

01 Fevral 2026 03:09see201

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see196

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see195

İqtisadiyyat Nazirliyində müdir, SOCAR da rəis müavini Həbs olunan dələduzun ŞOK VƏDLƏRİ

31 Yanvar 2026 17:28see183

Manatı saxta puldan necə ayırd etmək olar? Bunları bilənlər aldanmır

01 Fevral 2026 06:08see182

Teleradio Akademiyasında “Mediada Azərbaycan dili” mövzusunda növbəti təlim keçirilib

31 Yanvar 2026 16:15see179

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see173

Antonio Konte: “Bu matçlar oyunçuları və futbolu öldürür”

01 Fevral 2026 01:49see170

Neftçi Araz Naxçıvan a, Qarabağ Turan Tovuz a qarşı

01 Fevral 2026 09:33see164

Bu ölkədə siyasi məhbus qalmadı

31 Yanvar 2026 20:26see162

Qaz sayğacında olan problemə görə fantastik məbləğdə borc GƏLDİ

01 Fevral 2026 00:06see160

Banklar daha çox hansı sahibkarı seçir? Biznes kreditlərinin bölgüsü

31 Yanvar 2026 16:18see157

Starmer: Britaniya kralının qardaşı Endryu Epşteyn işinə görə ifadə verməlidir

01 Fevral 2026 02:05see149

Gündə bir xörək qaşığı damarları təmizləyir

31 Yanvar 2026 20:44see145

“KATV”nin interneti minlərlə insana əzab verir

01 Fevral 2026 07:21see145

Narkotik almağa pul vermədiyi üçün arvadını baltalayıb Ağdamdakı cinayətin təfərrüatı

31 Yanvar 2026 17:32see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri