Icma.az
close
up
RU
Depozit faizləri düşür, amma kreditlər niyə yüksəkdir? Ekspert AÇIQLADI

Depozit faizləri düşür, amma kreditlər niyə yüksəkdir? Ekspert AÇIQLADI

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Depozitlər aşağı faizlə qəbul olunur, amma kredit faizləri bununla paralel olaraq düşmür. Bu barədə çox vaxt belə bir sual yaranır: əgər cəlb olunan vəsait daha ucuzdursa, nəyə görə kreditlər hələ də baha satılır?"
Bunu Demokrat.az-a açıqlamasında bank eksperti Emin Kərimov deyib. 
O, bildirib ki bunu başa düşmək üçün bir şeyi nəzərə almaq lazımdır ki, depozitlər verilən kreditlərin həcmində önəmli rol oynasa da, bu, yeganə amil deyil:
"Kreditlərin maliyyələşməsi yalnız depozitlərdən asılı deyil, banklar həmçinin Mərkəzi Bankdan, digər institusional banklardan kreditlər, digər investisiya fondlarından vəsait cəlb edirlər. Bu mənbələrin hər birinin qiyməti kreditlərin maya dəyərinə təsir göstərir".
Ekspert bildirib ki, kredit faizləri müəyyən edilərkən isə bir çox amil nəzərə alınır: 
"İqtisadiyyatda yaxın bir-iki il ərzində baş verə biləcək proseslər, risk meyarları, bazarda tələb və təklif, kredit verilən sahələrdəki proqnozlaşdırılan vəziyyətlər, həmçinin fors-major hallar (təbii fəlakətlər və s.) nəzərə alınır. Ona görə də “depozit faizi aşağıdırsa, kredit faizi də düşməlidir” yanaşması bir qədər səthi hesab olunur. Depozit faizi bu prosesin bir hissəsidir, amma yeganə amil deyil. Tələb və təklifin də xüsusi rolu vardır. Məsələn, bank indiyə qədər müəyyən bir müştəri kütləsi əldə edib və onu saxlamaq üçün endirimlər edə bilər, ya da yeni müştəri seqmentini cəlb etmək məqsədilə güzəştlər tətbiq edə bilər. Lakin yaranmış xərclər və gəlir azalması həmin dövr üçün real qiymətlə bərpa olunur".
Onun sözlərinə görə, faizlərin artıb-azalması bazardakı gedişat, tələb-təklif, risk meyarları, makroiqtisadi proseslər, neftin qiyməti və hətta fors-major hallar kimi bir çox amillərlə bağlıdır:
"Kredit faizləri təkcə yerli iqtisadiyyata deyil, qlobal proseslərə də bağlıdır. Ona görə də onları yalnız depozit faizlərinə bağlamaq düzgün deyil. Hətta praktiki misallar da bunu göstərir ki, vaxt olub ki, banklar 12%-dən depozit qəbul edib və bir illik müddət üçün 9.9%-dən kredit veriblər. Yəni depozitlərin yüksək və ya aşağı olması, kredit faizlərinin hündür olub-olmaması üçün birbaşa göstərici deyil. Bu, bankın satış siyasəti və strategiyasından, müştəri seqmentinə uyğun endirimlərdən və digər bazar amillərindən asılıdır.
Qısaca desək, kredit faizlərinin təyini çoxsaylı faktorların nəticəsidir. Depozit faizləri bu prosesin bir elementi olsa da, yeganə amil deyil".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 12 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see317

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see311

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see309

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see294

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see293

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see285

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see275

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see275

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see273

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see259

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see243

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see233

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see232

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see229

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see228

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see226

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see218

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see195

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri