Deputat Asif Əsgərov şəhidin ev muzeyində olub, vətəndaşlarla görüşüb (FOTOLAR)
Icma.az, Unikal.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Millət vəkili Asif Əsgərovun növbəti vətəndaş qəbulu Zaqatala rayonunun Faldarlı kəndində keçirilib.
"Unikal" xəbər verir ki, qəbulda Yeni Azərbaycan Partiyası Zaqatala rayon təşkilatının sədri Fərid Ramazanov və kənd icra nümayəndəsi iştirak edib.
Qəbul zamanı kənd sakinlərinin müraciətləri diqqətlə dinlənilib, onları narahat edən məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Əsas müraciətlər elektrik təchizatı, sosial problemlər, kənd təsərrüfatı ilə bağlı çətinliklər, eləcə də digər gündəlik məsələlərdən ibarət olub.
Səsləndirilən müraciətlərin bir qismi yerindəcə həll edilib, araşdırılması tələb edilən məsələlər isə aidiyyəti qurumlara yönləndirilib, nəzarətə götürülərək həlli istiqamətində müvafiq addımların atılacağı bildirilib. Daxil olan müraciətlərə əsasən aztəminatlı ailələrə maddi yardım göstərilib.
Daha sonra Vətən müharibəsi qəhrəmanı, şəhid kapitan İsmayıl Səmədovun yeni açılmış ev muzeyi ziyarət olunub. Muzeydə şəhidin Vətənə şərəfli xidmət yolunu əks etdirən fotolar və xatirə materialları ilə tanış olunub, qəhrəmanımızın əziz xatirəsi dərin ehtiramla yad edilib.
Ziyarət çərçivəsində şəhid ailəsi ilə çay süfrəsi ətrafında səmimi söhbətlər aparılıb, müraciətləri ilə yaxından maraqlanılıb. Qaldırılan məsələlərin bir qismi yerində həll olunub, digərləri isə aidiyyəti qurumlara yönləndirilərək nəzarətə götürülüb.
Sonda həm vətəndaş qəbulunda iştirak edən sakinlər, həm də şəhid ailəsi onlara göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti, cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər. Qeyd olunub ki, bu yüksək diqqət və humanist münasibət dövlət–vətəndaş birliyinin, şəhid ailələrinə olan sonsuz ehtiramın bariz nümunəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:28
Bu xəbər 16 Dekabr 2025 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















