Icma.az
close
up
RU
Deputat: Azərbaycan dünyanın yeni siyasi arxitekturasının daha mükəmməl olması üçün bütün resurslarını səfərbər edir

Deputat: Azərbaycan dünyanın yeni siyasi arxitekturasının daha mükəmməl olması üçün bütün resurslarını səfərbər edir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 23 oktyabr, AZƏRTAC

1945-ci ildə İkinci Dünya müharibəsindən sonra dünya dövlətləri arasında sülh və təhlükəsizliyin təmin olunması, insan tələfatının qarşısının alınması, planetimizin hər kəs üçün daha gözəl, təhlükəsiz olması məqsədilə yaradılmış Birləşmiş Millətlər Təşkilatı bu gün dünyanın ən nüfuzlu və əhatəli beynəlxalq təşkilatıdır. Yarandığı gündən etibarən beynəlxalq sülhü və təhlükəsizliyi qorumaq, dövlətlər arasında dostluq münasibətlərini inkişaf etdirmək insan hüquqları və azadlıqların təminatına töhfə verən təşkilatın fəaliyyəti və missiyası onun təsis Nizamnaməsində yer alan məqsəd və prinsiplərə əsaslanır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisinin deputatı Məzahir Əfəndiyev deyib.

O bildirib ki, XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmiş ölkəmizin keçdiyi çətin günlərdə Azərbaycan xalqının müstəqil və suveren dövlətə sahib olmasının dünya tərəfindən hüquqi olaraq tanınmasında da BMT-nin rolu böyükdür. Belə ki, 1992-ci il martın 2-də BMT Baş Assambleyasının 46-cı sessiyasında Azərbaycan dünyanın ən nəhəng təşkilatının 181-ci üzvü oldu. Məhz o müddətdən Azərbaycan BMT-nin alt strukturlarının akkreditasiyasını həyata keçirməklə onlarla hərtərəfli, qarşılıqlı hörmətə əsaslanan nümunəvi əməkdaşlıq edir. Ümummilli Lider Heydər Əliyevin 1994-cü ilin sentyabrında BMT Baş Assambleyasının 49-cu sessiyasında iştirakı ilə Azərbaycanla təşkilat arasında məzmunlu tərəfdaşlığın əsası qoyuldu. Azərbaycan Prezidenti İlham Əliyevin cari il sentyabrın 25-də Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxış etməsi ildən-ilə daha da güclənən və dərinləşən BMT-Azərbaycan əlaqələrinin bariz nümunəsi kimi dəyərləndirmək olar. Ümumiyyətlə, 30 ildən artıq keçən müddət ərzində fəal və nümunəvi üzv kimi Azərbaycan beynəlxalq hüquqa hörmət prinsipinə əsaslanaraq BMT çərçivəsində sülh, inkişaf və əməkdaşlığa töhfə verən bir sıra təşəbbüslər irəli sürüb. BMT-nin Gənclər Siyasəti üzrə birinci Qlobal Forumu, V Beynəlxalq Humanitar Forum, Sivilizasiyalar Alyansının VII Qlobal Forumu, COP29 kimi mötəbər tədbirlərə ev sahibliyi edib.

Deputat qeyd edib ki, Azərbaycanın BMT ilə əməkdaşlığı təkcə siyasi deyil, həm də sosial, iqtisadi və humanitar sahələri əhatə edir. Ölkəmiz uzun illər Əhali Fondu, UNİCEF, UNESCO kimi BMT-nin alt strukturları, xüsusilə BMT-nin İnkişaf Proqramı (UNDP) ilə sıx əməkdaşlıq edərək müəyyən olunmuş qlobal sənədlərin icrasına öz fəaliyyəti ilə töhfələr verib. Xüsusilə, ölkəmizdə ilk akkreditə olunmuş və təşkilatın əsas inkişaf agentliyi olan BMT İnkişaf Proqramının ölkə ərazisində qarşılıqlı əməkdaşlıq çərçivəsində həyata keçirdiyi layihələr ölkənin davamlı inkişaf konsepsiyasının icrasına praktiki baxımdan ciddi töhfə olub. UNDP ilə Azərbaycan arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində yoxsulluğun azaldılması, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, ətraf mühitin qorunması, dayanıqlı inkişaf və gender bərabərliyi sahələrində mühüm layihələr həyata keçirilib. Bu əməkdaşlıq Azərbaycanın milli inkişaf strategiyalarının beynəlxalq standartlara uyğunlaşdırılmasında mühüm rol oynadı.

Azərbaycanın BMT ilə əməkdaşlığının ən mühüm mərhələlərindən birinin 2011-ci il oktyabrın 24-də BMT Təhlükəsizlik Şurasına (TŞ) qeyri-daimi üzv seçilməsini olduğunu deyən M.Əfəndiyev qeyd edib: “Həmin seçki zamanı Azərbaycan 155 ölkənin səsini alaraq, beynəlxalq ictimaiyyətin böyük etimadını qazandı. 2012-2013-cü illər ərzində BMT Təhlükəsizlik Şurasında iştirak edən Azərbaycan beynəlxalq sülh və təhlükəsizlik məsələlərinin müzakirəsində fəal rol oynadı və qlobal gündəliyin formalaşmasına töhfə verdi. Həmçinin o zaman qonşu Ermənistanla mövcud münaqişəsinin BMT-nin müvafiq qətnamələri əsasında ədalətli həlli zərurətini dünya ictimaiyyətinin diqqətinə çatdırırdı. Azərbaycan BMT Təhlükəsizlik Şurasının iclasında qeyri-daimi üzvü kimi ilk dəfə 2012-ci il yanvarın 4-də iştirak edib. Həmin il mayın 1-dən etibarən isə BMT TŞ-yə sədrlik edib. Azərbaycan sədrlik estafetini ABŞ-dan almış və bir ay sonra – iyunun 1-də sədrliyi Çinə ötürdü. Azərbaycanın sədrliyi dövründə BMT TŞ 13 açıq, 16 qapalı iclas keçirib. Bu müddət ərzində BMT TŞ-nin 2-si Sudandakı vəziyyətə, 1-i isə Qvineya-Bisaudakı hərbi çevrilişə dair olmaqla 3 qətnaməsi, eləcə də 7 bəyanatı qəbul edilib. Bu gün BMT ailəsinin tamhüquqlu üzvü olan Azərbaycan BMT Nizamnaməsinin 51-ci maddəsində təsbit edilmiş özünümüdafiə hüququndan istifadə edərək 2020-ci ildə Cənubi Qafqazda sülhün və təhlükəsizliyin bərqərar edilməsi naminə BMT-nin qətnaməsini təkbaşına yerinə yetirən yeganə dövlətdir. Bununla da ölkəmiz BMT ilə qurduğu 30 illik güvənə verdiyi dəyəri açıq formada sübut edib”.

Milli Məclisin deputatının sözlərinə görə, hazırda Azərbaycan öz xarici siyasətində beynəlxalq hüququn ali prinsiplərini əsas götürərək, müxtəlif xalqların dinc şəkildə birlikdə yaşaması, dini tolerantlıq, fundamental insan hüquqlarının müdafiəsi, iqtisadi və sosial sahələrdə davamlı inkişafın təmin edilməsini uğurla həyata keçirməkdədir. Beləliklə, ölkəmiz beynəlxalq platformalarda aparılan müzakirələri, eləcə də beynəlxalq təşkilatlar tərəfindən qəbul olunmuş, ümumbəşəri dəyərlərin qorunmasına əsaslanan qərarların icrasına hər zaman dünya ictimaiyyəti ilə birgə hörmətlə yanaşır və dünyamızın yeni siyasi arxitekturasının daha mükəmməl, dayanıqlı olması üçün bütün resurslarını səfərbər edir. Bu isə öz növbəsində bir daha Azərbaycanın müəyyən etdiyi multikultural, tolerant, sülh və ədalətə əsaslanmış siyasi baxışlarını əks etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Oktyabr 2025 17:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri