Icma.az
close
up
RU
Deputat: Azərbaycan və Ermənistan yekun sülhə bir qədər də yaxınlaşdı

Deputat: Azərbaycan və Ermənistan yekun sülhə bir qədər də yaxınlaşdı

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan və Ermənistan yekun sülhə bir qədər də yaxınlaşdı. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Əbu-Dabidə keçirilən görüş normallaşma prosesində dönüş nöqtəsi kimi qiymətləndirilə bilər.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurulayeva söyləyib.

Deputatın fikrincə, Azərbaycanın tələb etdiyi kimi, görüş vasitəçilərin iştirakı olmadan baş tutdu və bu, sülh prosesi üçün ən səmərəli formatdır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin görüşün yekunlarına dair bəyanatında da qeyd olunub.

"Görüş yeri kimi Əbu-Dabinin seçilməsinə gəlincə, BƏƏ Azərbaycan üçün dost ölkədir. Eyni zamanda, Ermənistana münasibətdə də neytral mövqe sərgiləyir. Bu ölkə heç vaxt maraqlı və qərəzli tərəf olmayıb. Bu mənada rəsmi Bakının Əbu-Dabini seçməsi tam ədalətlidir.

Görüşün 5 saatdan artıq davam etməsi müzakirə gündəliyinin genişliyindən xəbər verir. Təbii ki, burada sülh müqaviləsinin imzalanması gözlənilmirdi, söhbət yekun sənədə doğru tərəflərin yaxınlaşmasından gedirdi”, - deyə K.Nurullayeva diqqətə çatdırıb.

Zəngəzur dəhlizinin açılmasının da görüşün əsas müzakirə mövzusu olduğunu xatırladan deputatın sözlərinə görə, dəhliz ətrafında müxtəlif şaiyələrin, fərziyyələrin artdığı bir vaxtda Bakı və İrəvan bu məsələni ikitərəfli dialoq formatında həll etməyin mümkün olduğunu göstərdi.

Əbu-Dabi görüşü bir daha Bakının irəli sürdüyü sülh konsepsiyasının qəbul edildiyini təsdiqlədi. Tərəflərin bundan sonra da nəticəyönümlü dialoqu davam etdirmək barədə razılığa gəlməsi müsbət dinamika hesab oluna bilər.

Regionda sülhü pozmaq istəyən qüvvələrin az olmadağını diqqətə çatdıran Könül Nurullayeva vurğulayıb: "Ermənistan bundan sonra bu qüvvələrin təsiri altına düşməməli, Bakı ilə konstruktiv təmaslar vasitəsilə sülhə daha çox yaxınlaşmalıdır. Yalnız belə olduğu halda, regionda dayanıqlı sülh və təhlükəsizlikdən söhbət gedə bilər".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyul 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri