Icma.az
close
up
RU
Deputat: Beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizin strateji, etibarlı dövlət kimi nüfuzunu artırıb

Deputat: Beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizin strateji, etibarlı dövlət kimi nüfuzunu artırıb

Oxu.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi Azərbaycanın strateji və etibarlı dövlət kimi nüfuzunun artmasına xidmət edib".

Oxu.Az xəbər verir ki, bunu Milli Məclisdə hökumətin hesabatına Ekologiya, təbii ehtiyatlar və energetika komitəsinin sədri Sadiq Qurbanov deyib.

O bildirib ki, əgər dünya iqtisadiyyatının artım templərinə nəzər salsaq, görərik ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edib:

"Ümumi daxili məhsul istehsalının 2023-cü ilə nisbətdə 4.1% artması, qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, işğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində görülən işlər xüsusi qürurvericidir. Qeyd etmək yerinə düşərdi ki, adambaşına düşən ÜDM-in həcmi iqtisadiyyatın vəziyyətini, son nəticədə dövlətin, ordunun gücünü, əhalinin sosial vəziyyətini əks etdirirsə, onun strukturu, illik artımı və ÜDM-ə nisbəti isə ölkənin strateji hədəflərindən irəli gəlməklə, dövlət siyasətini və iqtisadiyyatın inkişaf istiqamətini əks etdirir. Bu mənada sənaye sahəsinin ÜDM-də payının 36 faizə çatması ölkəmizin inkişaf etmiş sənaye ölkəsi kimi güclənməsini əks etdirir. Turizmin 2023-cü ilə nisbətən 13 faiz artaraq son nəticədə ÜDM-də payının 2.4 faizə çatması da ölkəmizin beynəlxalq imicinin formalaşması və cəlbediciliyini ifadə edir".

"Energetika sahəsində siyasətin uğurlu olmasının, qlobal strateji düşüncə və planlaşdırılmaya əsaslanmasının bir sübutu da ondadır ki, Azərbaycan Aralıq dənizində qaz yatağının işlənilməsi üçün yaradılan beynəlxalq konsorsiumda "Şevron" kimi bir nəhənglə bir yerdə iştirak edəcək. Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" müəyyən edilib ki, həmin prioritetə uyğun olaraq, enerji sektorunda həyata keçirilən bütün islahatlar həm ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsi, həm ekoloji tarazlığın qorunması və həm də iqtisadi inkişafın davamlılığının təmin edilməsi istiqamətində atılan mühüm addımlardır", - deyə komitə sədri əlavə edib.

Mərahim Nəsib

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:123
embedMənbə:https://oxu.az
archiveBu xəbər 14 Mart 2025 17:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see189

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see187

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see156

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see154

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see139

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see135

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see132

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see130

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see129

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see127

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see126

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see125

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see124

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see124

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see124

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see123

Liqa 1: Marsel darmadağına sevindi

09 Noyabr 2025 02:22see123

Almaniyada polis iki ağır insan qaçaqmalçılığı hadisəsinin qarşısını alıb

08 Noyabr 2025 03:36see122

“Vilyarreal” səfərdə “Espanyol”a qalib gəlib

09 Noyabr 2025 02:26see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri