Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Deputat: Bu kreditlər bağlanacaq

Deputat: Bu kreditlər bağlanacaq

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş verən zaman ödənilə bilməyən borcun üçüncü tərəfin vəsaiti hesabına bağlanması nəzərdə tutulacaq. Mərkəzi Bank tərəfindən artıq qaydalar hazırlanıb və qısa müddətdə tətbiqi gözlənilir".

"Cebheinfo.az" xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, borcalanların həyatı, ölümü və əmək qabiliyyətinin itirilməsi hallarından sığortalanması artıq tətbiq olunur və bu Mərkəzi Bankın qaydaları ilə tənzimlənir:

"Yeni qaydalar isə birbaşa kredit götürən şəxslərin işsiz qalma riskindən sığortalanmasını nəzərdə tutur. Bəzi hallarda vətəndaşlarımız kredit götürürlər, amma onlardan asılı olmayan səbəbdən həmin kreditin ödənilməsində çətinlik yaranır. Vətəndaşımızın iş yeri bağlanır və ya işdən azad olunur, və yaxud bir sıra digər birbaşa onun özündən asılı olmayan hallar baş verir və nəticədə həmin kreditin geri qaytarılmasında çətinlik yaranır.

Kreditin və ya kredit riskinin sığortalanması belə hallar baş verən zaman öhdəliyin sığorta şirkəti tərəfindən ödənilməsinə imkan verəcək. Kredit risklərinin sığortalanması həm vətəndaşları maliyyə baxımından qoruyacaq, həm də bankların risklərini azaldacaq".

Yeni sığorta növü yalnız qüvvədə olan əmək müqaviləsi əsasında işləyən şəxslərə şamil ediləcək:

"Bu zaman şərtlərin “İşsizlikdən sığorta haqqında" Qanunun tələblərinə uyğun olacağı gözlənilir. Banklardan kredit götürən şəxslər üçün işsizlikdən sığortanın məcburi şəkildə təklif edilməsi planlaşdırılır. İstehlak krediti götürən şəxslərin bu sığorta xidmətindən istifadə etməsi könüllü olacaq, yəni müştəri seçim etməkdə sərbəstir.

Sığorta hadisəsi baş verən zaman kreditin tam və ya qismən şiğorta şirkəti tərəfindın ödənilməsi həyata keçiriləcək. Bu zaman qanunvericilikdə nəzərdə tutulan sığorta halları nəzərə alınacaq. İş yerinin ləğvi, ştatların ixtisar olunması, əmək müqaviləsinin müddəti qurtarması, müəssisənin mülkiyyətçisinin dəyişməsi, əvvəllər müvafiq işdə çalışan işçinin işinə bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olması və s. sığorta hadisələri siyahısındadır.

Aydındır ki, sığortadan istifadə etmək kredit götürən üçün əlavə xərc deməkdir və yalnız sığorta ödənişləri həyata keçirildiyi halda sığorta hadisəsi baş verən zaman öhdəliklər qarşılana bilər.

Bu, kredit götürən şəxslərin məşğulluğunu itirmə hallarında sığortalanmasıyla yanaşı, kreditin xərc stukturunun dəyişməsi, onların kredit ödənişlərinin sığorta tərəfindən qarşılanması, öhdəliklərin kredit götürən və bank arasında bölüşdürülməsi və eləcə də məşğulluğun itirilməsi riskinə qarşı sığortanın tətbiqinin kredit bazarına təsirinin qiymətləndirilməsini də aktuallaşdırır.

Azərbaycanda kredit faizlərinin yüksək olduğunu nəzərə alsaq, banklar müəyyən faiz azalmalarına getməklə bu sığorta növünün tətbiqi halında kredit xərclərindəki artımı kompensasiya edə bilərlər. Bu halda kredit götürən üçün ciddi xərc yaratmadan bu sığorta növünün tətbiqi mümkündür.

Mərkəzi Bankın da son açıqlamaları göstərir ki, bu sığorta növü tətbiq olunan zaman banklar kreditlər üzrə faizi azalmasına gedəcəklər. Çünki, kredit risklərinin sığortalanması bankların birbaşa və eləcə də dolayı xərclərinin azalmasına gətirib çıxarır.

Yəni işsizlikdən sığortanın tətbiq olunduğu kreditin faizi dərəcəsi adi kreditlərin faizindən aşağı olacaq. Bu isə sözügedən sığorta növündən istifadəni stimullaşdıracaq".

Xəzər

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Noyabr 2026 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see327

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see320

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see315

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see313

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see312

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see301

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see281

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see251

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see250

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see231

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see224

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see221

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see204

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see201

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see194

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see193

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see192

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see192

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see191

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri