Icma.az
close
up
RU
Deputat bu şəxslərin əfvə düşməsi ilə bağlı ÇAĞIRIŞ ETDİ: “Novruz bayramı ərəfəsində…”

Deputat bu şəxslərin əfvə düşməsi ilə bağlı ÇAĞIRIŞ ETDİ: “Novruz bayramı ərəfəsində…”

Yenicag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Azərbaycan insan haqlarının, hətta daha dəqiq desək, düşmənin haqlarının belə qorunduğu nadir müstəqil ölkələrdən biridir. Təsadüfi deyil ki, Azərbaycanın 30 ilə yaxın 20% torpağını işğal altında saxlayan və xalqımıza qarşı dünyanın ən ağır qətliamlarını törədən erməni terrorçularının da ədalət məhkəməsi önündə fərdi haqları qorunur.

Bəs Azərbaycanda Ombudsmanın hazırkı fəaliyyəti nə yerdədir? İkincisi, Vətən müharibəsində maddi zərər görmüş ailələrin kompensasiyası ödənilirmi?

Bu və digər suallarla bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Naqif Həmzəyev bir neçə məsələyə aydınlıq gətirib.

Deputat ilk öncə Azərbaycanda yeni cəzaçəkmə müəssisələrinin yaradılması haqqında danışıb:

“Cəzaçəkmə müəssisələrində şəraitin yaxşılaşdırılması bizi sevindirir. Xüsusilə də Cənub bölgəsində yeni cəzaçəkmə müəssisəsinin istifadəyə verilməsi cəzaçəkənlərlə yanaşı, onların yaxınları üçün də vəziyyəti xeyli dəyişdirib. Azərbaycanın Qərb bölgəsində tikintisi həyata keçirilən cəzaçəkmə müəssisəsinin də tezliklə istifadəyə verilməsini arzu edirik”.

Millət vəkili diqqətə çatdırıb ki, qarşıdan gələn Novruz bayramı ərəfəsində yeni əfv fərmanı gözlənilir. O, uzun müddət cəza çəkən şəxslərin əfvə salınmasını məqsədəuyğun hesab edib:

“65 yaşdan yuxarı və 25 ildən çox cəzaçəkən şəxslər var. Əgər mümkündürsə, həmin şəxslərin əfv edilməsi məsələsi ilə bağlı yanaşmaya da hesabatda toxunulsa, yaxşı olardı. Bilirik ki, Penitensiar Xidmət tərkibində olan tibbi xidmətlərin vəziyyəti xeyli yaxşılaşıb. Çox istərdim ki, tibbi sığorta ilə vətəndaşlara tətbiq edilən bütün imtiyazlar cəzaçəkən şəxslərə də aid edilsin. Bu haqda da vəziyyətə dair hesabatda yer olsa, sevinərdik”.

N. Həmzə həmçinin qeyd edib ki, 44 günlük Vətən müharibəsinin gedişində Gəncəyə atılan raket atışı nəticəsində əziyyət çəkən insanların böyük əksəriyyətinin problemi həll edilib:

“Amma bəzi ailələrin problemi qalıb. Evinin sənədləri Müdafiə Nazirliyinə aid olan ailələr var ki, dövlət tərəfindən vəsait ayrılsa da, onların evi tikilib təhvil verilmir. Bu məsələni Ombudsman nəzarətə götürə bilər. Dövlət pul ayırıb, amma pul xərclənə bilmir”.

Yenicag.az

www.yenicag.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://yenicag.az
archiveBu xəbər 03 Mart 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri