Icma.az
close
up
RU
Deputat: Əmək qabiliyyətinin itirilmə dərəcəsiylə əlaqədar vahid mexanizm uğurlu təcrübə olacaq

Deputat: Əmək qabiliyyətinin itirilmə dərəcəsiylə əlaqədar vahid mexanizm uğurlu təcrübə olacaq

Icma.az bildirir, Apa.az portalına istinadən.

Layihə əmək fəaliyyəti zamanı xəsarət alan və ya peşə xəstəliyinə məruz qalan vətəndaşlarımızın sosial ədalət və dövlət qarşısında təminat hüququnu qorumağa yönəlib.

APA-nın xəbərinə görə, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deputat Nigar Məmmədova bildirib.

Deputat deyib ki, peşə əmək qabiliyyətinin itirilmə dərəcəsinin müəyyən edilməsi üçün vahid və aydın mexanizmin yaradılması uğurlu təcrübə olacaq: “Uzun illər bu sahədə mövcud olan bəzi boşluqlar tibbi komissiyalar, sığorta şirkətləri və məhkəmələr arasında fərqli yanaşmalara səbəb olurdu. Yeni qanun bu ziddiyyətləri aradan qaldıracaq. Artıq bu sahədə vahid qaydanın Nazirlər Kabineti tərəfindən təsdiqlənməsi hüquqi müəyyənliklə yanaşı, çevikliyi təmin edəcək. Gələcəkdə tibbi və sosial meyarlar dəyişərsə, həmin qaydaları operativ şəkildə yeniləmək mümkün olacaq. Hüquqi, tibbi və sosial aspektlərin birləşməsi məsələyə kompleks yanaşmanın göstəricisidir. İkinci mühüm məqam qurumlararası əməkdaşlıqdır. Digər, amma çox vacib məqam isə ictimai etimadın möhkəmlənməsidir. Bu qanun layihəsi işçi, işəgötürən və dövlət arasında qarşılıqlı etimadı artırır. Əmək qabiliyyətinin obyektiv və şəffaf qaydada qiymətləndirilməsi vətəndaşın özünü yüksək səviyyədə müdafiədə hiss etməsi deməkdir. Bu, həm də mübahisələrin azalmasına, sosial sabitliyin möhkəmlənməsinə səbəb olacaq. Qanun layihəsinin mühüm üstünlüklərindən biri də onun maliyyə baxımından səmərəliliyidir. Sosialyönümlü layihələrin hazırlanmasında dövlət qurumları ilə yanaşı müstəqil ekspertlərin və həmkarlar ittifaqlarının iştirakının təmin olunması hər zaman müsbət nəticələr verir. Eyni təcrübənin Nazirlər Kabineti tərəfindən hazırlanacaq qaydalarda da tətbiq olunması prosedurun şəffaflığını və obyektivliyini daha da artırar. Həmçinin prosesin rəqəmsallaşdırılması da vacibdir. Belə ki, tibbi rəy və qərarların vahid elektron bazasının yaradılması, nəticələrin izlənməsi imkanları həm şəffaflığı, həm də vətəndaş rahatlığını təmin etməklə prosesi daha da təkmilləşdirəcək”.

Nigar Məmmədova qeyd edib ki, işəgötürən üçün balanslaşdırılmış məsuliyyət də əsas məsələlərdən biridir: “Əgər işəgötürən qanunla müəyyən olunmuş sığorta öhdəliklərini yerinə yetirirsə, o, məhkəmə iddialarından qorunur. Yəni, həm işçi kompensasiya ilə təmin olunur, həm də işəgötürən hüquqi cəhətdən müdafiə olunur. Nəticə etibarı ilə bu qanun layihəsi sosial sığorta sistemimizi daha müasir, şəffaf və vətəndaşyönümlü edir. Eyni zamanda vətəndaşların hüquqlarını qoruyur, dövlət orqanlarının fəaliyyətini daha təkmilləşdirir”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://apa.az
archiveBu xəbər 16 Oktyabr 2025 14:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda doğumlar kəskin azaldı rəqəmlər nə deyir?

14 Yanvar 2026 18:32see236

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see234

Çin Rusiya ilə ticarəti beş ildən sonra ilk dəfə azaldır...

15 Yanvar 2026 06:34see194

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see189

Kadırov səhhəti ilə bağlı yayılan şayiələrə belə cavab verdi

14 Yanvar 2026 19:33see183

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see177

Türkiyədə süni intellekt bu yaş qrupundan olan şəxslərə qadağan edilir

15 Yanvar 2026 00:45see171

İspaniyada həkimlər etiraz aksiyasına başlayıb, Həmkarlar dəstək verdi Görəsən AHİK belə hallarda hansı addımı atar?

14 Yanvar 2026 16:47see163

Bu BÜRCLƏR onları əbədi dəyişdirəcək sevgi ilə qarşılaşacaqlar

14 Yanvar 2026 19:11see159

İsrail bu aviabazadan personalı təxliyə edir

15 Yanvar 2026 04:22see150

Sumqayıt ın Antalya toplanışı

14 Yanvar 2026 21:27see149

Üç ölkə Qəzzanın idarə olunması üzrə Fələstin Komitəsinin yaradılmasını ALQIŞLADI

15 Yanvar 2026 00:28see146

Bizə məlumat verdilər ki, İranda qətllər dayanıb, yoxlayacağıq

15 Yanvar 2026 04:23see144

Astroloqların proqnozu: 2026 cı ildə hansı bürclər ən yaxşı maliyyə perspektivi və gəlirə sahib olacaq?

15 Yanvar 2026 04:21see143

Hərbi bazalar boşaldılır, uçuşlar dayandırılır İrana görə

15 Yanvar 2026 04:37see141

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see136

Mədəniyyət Nazirliyində “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüş keçirilib

14 Yanvar 2026 18:51see134

Qaraciyəri toksinlərdən təmizləyən təbii vasitə

15 Yanvar 2026 04:52see129

Bu ərazilərdə mədəni irsə dəyən zərərlə bağlı tədbirlər planı hazırlanacaq

15 Yanvar 2026 00:29see129

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri