Deputat əmisi qızını işdən çıxarıb, yerinə xanımını təyin etdi
Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.
Odlar Yurdu Universitetində kadr dəyişikliyi olub.
Globalinfo.az yenisabah.az-a istinadən bildirir ki, universitetin Magistratura və MBA şöbəsinin müdiri Samirə Vəliyeva tutduğu vəzifədən azad olunub.
Onun yerinə, dosent Nərminə Vəliyeva təyin olunub.
Qeyd edək ki, Nərminə Vəliyeva Milli Məclisin deputatı, “Odlar Yurdu” Universitetinin Müşahidə Şurasının sədri Samir Vəliyevin həyat yoldaşıdır.
İşdən azad olunan Samirə Vəliyeva isə deputatın əmisi qızıdır.
Odlar Yurdu Universitetinin rektoru sabiq millət vəkili, professor Əhməd Vəliyevdir. Son vaxtlar 78 yaşlı rektorun səhhətində problem yarandığı üçün universitetə nəzarət Müşahidə Şurasının sədri olan oğlu Samir Vəliyev tərəfindən həyata keçirilir.
Nərminə Vəliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 25 Noyabr 2024 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















