Icma.az
close
up
RU
Deputat: Ermənistanı sülh tərəfdarı kimi göstərmək riyakarlıqdır RƏY

Deputat: Ermənistanı sülh tərəfdarı kimi göstərmək riyakarlıqdır RƏY

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ermənistanı demokratik və sülh tərəfdarı kimi təqdim etmək riyakarlıqdır və bu baxımdan, Vaşinqton xüsusi fəallıq göstərir.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputatın sözlərinə görə, parkın açılışı zamanı dövlət başçısı xalqa müraciətində mühüm mesajlar verib: “Azərbaycan regionda sülhün bərqərar olmasına tərəfdar olsa da, müəyyən beynəlxalq güclər bunu istəmir. Ona görə də, Azərbaycanın qələbəsini həzm etməyən qüvvələr Ermənistanda revanşizmi alovlandırmağa və bu ölkəni yeni müharibəyə hazırlamağa çalışır. Ermənistanın silahlanmasında isə əsas rolu Fransa oynayır”.

F. Yıldırım əlavə edib ki, Hindistan da bu prosesdə fəal iştirak edir: “Paradoksal hal odur ki, bəzi Qərb ölkələri işğalçı Ermənistanı dünyada sülh tərəfdarı kimi təqdim etməyə çalışır. Halbuki, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan saysız-hesabsız müharibə cinayətləri törədib, xalqımızı soyqırımına məruz qoyub. Belə bir ölkəni demokratik və sülh tərəfdarı kimi təqdim etmək ən azı riyakarlıqdır. Bu baxımdan, ABŞ administrasiyası xüsusi fəallıq göstərir”.

O, “Bayden administrasiyasının anti-Azərbaycan siyasətinin ən pik həddə çatdığını” təsadüfi hesab etmir.

“Demokratik Partiyanı təmsil edən Konqres üzvlərinin, eləcə də Dövlət Departamentindəki ermənipərəstlərin Azərbaycana qarşı hücum kampaniyası bunu deməyə əsas verir. Proseslər göstərir ki, bu gün Ermənistanı, Fransanı hətta Hindistanı Azərbaycana qarşı yönəldən məhz Bayden administrasiyasıdır”, – o qeyd edib.

Ermənistanı silahlandıran ölkələr sırasında Hindistanın bu gün BMT Təhlükəsizlik Şurasına üzvü olmaq istədiyini deyən Fatma Yıldırımın fikrincə, militarizasiya siyasəti həyata keçirən, yeni münaqişə ocaqları alovlandırmağa çalışan bu ölkənin bu cür mühüm bir qurumda təmsil olunması ədalətli deyil.

“Prezident İlham Əliyevin bəyan etdiyi kimi, heç bir qüvvə bizimlə təzyiq dilində danışa bilməz. Onların dəstək verdiyi Ermənistan ölkəmizə qarşı hansısa təxribatlara cəhd edərsə, yenə də layiqli cavablarını alacaq”, – deputat vurğulayıb.

Gununsesi.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 09 Noyabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri