Icma.az
close
up
RU
Deputat: Ermənistanı sülh tərəfdarı kimi göstərmək riyakarlıqdır RƏY

Deputat: Ermənistanı sülh tərəfdarı kimi göstərmək riyakarlıqdır RƏY

Icma.az bildirir, Sonxeber.az portalına istinadən.

Deputat: Ermənistanı sülh tərəfdarı kimi göstərmək riyakarlıqdır - RƏY

Ermənistanı demokratik və sülh tərəfdarı kimi təqdim etmək riyakarlıqdır və bu baxımdan, Vaşinqton xüsusi fəallıq göstərir.

Bu fikirləri "Report"a Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputatın sözlərinə görə, parkın açılışı zamanı dövlət başçısı xalqa müraciətində mühüm mesajlar verib: "Azərbaycan regionda sülhün bərqərar olmasına tərəfdar olsa da, müəyyən beynəlxalq güclər bunu istəmir. Ona görə də, Azərbaycanın qələbəsini həzm etməyən qüvvələr Ermənistanda revanşizmi alovlandırmağa və bu ölkəni yeni müharibəyə hazırlamağa çalışır. Ermənistanın silahlanmasında isə əsas rolu Fransa oynayır".

F. Yıldırım əlavə edib ki, Hindistan da bu prosesdə fəal iştirak edir: "Paradoksal hal odur ki, bəzi Qərb ölkələri işğalçı Ermənistanı dünyada sülh tərəfdarı kimi təqdim etməyə çalışır. Halbuki, 30 il torpaqlarımızı işğal altında saxlayan Ermənistan saysız-hesabsız müharibə cinayətləri törədib, xalqımızı soyqırımına məruz qoyub. Belə bir ölkəni demokratik və sülh tərəfdarı kimi təqdim etmək ən azı riyakarlıqdır. Bu baxımdan, ABŞ administrasiyası xüsusi fəallıq göstərir".

O, "Bayden administrasiyasının anti-Azərbaycan siyasətinin ən pik həddə çatdığını" təsadüfi hesab etmir.

"Demokratik Partiyanı təmsil edən Konqres üzvlərinin, eləcə də Dövlət Departamentindəki ermənipərəstlərin Azərbaycana qarşı hücum kampaniyası bunu deməyə əsas verir. Proseslər göstərir ki, bu gün Ermənistanı, Fransanı hətta Hindistanı Azərbaycana qarşı yönəldən məhz Bayden administrasiyasıdır", – o qeyd edib.

Ermənistanı silahlandıran ölkələr sırasında Hindistanın bu gün BMT Təhlükəsizlik Şurasına üzvü olmaq istədiyini deyən Fatma Yıldırımın fikrincə, militarizasiya siyasəti həyata keçirən, yeni münaqişə ocaqları alovlandırmağa çalışan bu ölkənin bu cür mühüm bir qurumda təmsil olunması ədalətli deyil.

"Prezident İlham Əliyevin bəyan etdiyi kimi, heç bir qüvvə bizimlə təzyiq dilində danışa bilməz. Onların dəstək verdiyi Ermənistan ölkəmizə qarşı hansısa təxribatlara cəhd edərsə, yenə də layiqli cavablarını alacaq", – deputat vurğulayıb.


Sonxeber.az
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:189
embedMənbə:https://sonxeber.az
archiveBu xəbər 09 Noyabr 2024 22:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri