Deputat kraudfandinq sözünü dəyişməyi təklif ETDİ
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Milli Məclisdə “Kraudfandinq haqqında” qanun layihəsinin müzakirəsi zamanı yeni terminlə bağlı təklif irəli sürülüb.
Redaktor.az xəbər verir ki, deputat Hikmət Məmmədov parlamentin bugünkü iclasında çıxışı zamanı “kraudfandinq” sözünün Azərbaycan dilinə yad olduğunu bildirib.
Deputat qeyd edib ki, bu termin dilə tam uyğun deyil və onun əvəzinə daha anlaşılan ifadələrdən istifadə oluna bilər.
“Kraudfandinq termininin özü bir qədər anlaşılan deyil. Dilimizə yaddır. Bu gün dilimiz üzərində təzyiq yaradan əsas vasitələrdən biri də bu terminlərdir. Kraudfandinq sözünün tərcümədən mənası kollektiv maliyyələşdirmə və ya ictimai maliyyələşdirmədir. Əgər mümkündürsə, qanunvericilik təşəbbüsü ilə çıxış edən subyekt razıdırsa, bunu dəyişərək “Kollektiv maliyyələşdirmə haqqında” və ya “İctimai maliyyələşdirmə haqqında” qanun edək”, - deyə Hikmət Məmmədov bildirib.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov isə qanunun adının dəyişdirilməsi təklifinə münasibət bildirib.
Komitə sədri qeyd edib ki, terminlərin milliləşdirilməsi zamanı diqqətli olmaq lazımdır və ifadə qanunun mahiyyətini dəqiq əks etdirməlidir.
“Biz bu adları nə qədər milliləşdirməyə cəhd edəcəyiksə, müəyyən uğursuzluğumuz ola bilər. Gərək bunu tam dəqiq ifadə edək. Təhrif edilmiş adlar bu qanunun mahiyyətini təhrif edə və bizi əsas məqsəddən uzaqlaşdıra bilər”, - deyə Azər Əmiraslanov vurğulayıb.
NURİYYƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 13 İyul 2026 13:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















