Icma.az
close
up
RU
Deputat: “Laçın rayonu tezliklə cənnət məkana çevriləcək”

Deputat: “Laçın rayonu tezliklə cənnət məkana çevriləcək”

Cebheinfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Ulu Öndərin layiqli davamçısı İlham Əliyev cənabları 2003-cü ilin oktyabrın 15-də prezident seçildikdən sonra Azərbaycan keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoydu”.

“Cebheinfo.az” xəbər verir ki, bunun parlamentin bugünkü plenar iclasında deputat Rövşən Muradov deyib.

O bildirib ki, son 22 il ərzində möhtərəm Prezident İlham Əliyev Ulu Öndərin inkişaf strategiyasını daha da inkişaf etdirərək Azərbaycanı dünyanın lider dövlətləri sırasına çıxarmağı və güclü ordu yaratmağı bacardı:

“O, 2020-ci ilin payızında ata vəsiyyətini yerinə yetirərək Azərbaycan xalqını öz ətrafında sıx birləşdirməklə, özünün yenilməz siyasi, hərbi iradə və qətiyyəti, tərbiyə edib yetişdirdiyi gənc nəsildən ibarət olan Azərbaycan Ordusunun qəhrəmanlığı, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin canı, qazilərimizin qanı bahasına 44 günlük Vətən müharibəsində “Dəmir yumruğu” ilə erməni ordusunun başını əzib, darma-dağın edərək onu diz çökdürdü. 

Ermənistanı kapitulyasiya aktına qol çəkməyə məcbur edərək, Azərbaycan xalqının əsrlərdən bəri gələn tarixində ilk dəfə olaraq 30 ilədək düşmən tapdağı altında qalmış torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti və Azərbaycan xalqının milli ləyaqətini bərpa etdi.

2020-ci ilin dekabr ayının 1-də bir güllə atılmadan Laçın rayonu işğaldan azad edildi. Əgər 7 rayonumuz hərbi yolla, ağır döyüşlər nəticəsində işğaldan azad olunmuşdusa, Laçın, Kəlbəcər və Ağdam hərbi və siyasi yolla döyüşsüz, güllə atılmadan düşməndən təmizlənmişdir. Bu, həm siyasi, həm də hərbi nöqteyi-nəzərdən olduqca böyük uğurdur”.

Deputat qeyd edib ki, Laçının işğaldan azad edilməsi Azərbaycanın hərb meydanında olduğu kimi, diplomatik sahədə də qələbəsi sayılır:

“Bu, o deməkdir ki, ölkəmizin başçısı Ali Baş Komandan kimi döyüşdə işğalçı ölkənin hərbi, Prezident kimi diplomatiya masasında isə Ermənistanın siyasi rəhbərliyini məhv etdi.

Qürur hissi ilə demək lazımdır ki, 28 illik erməni işğalından azad olunan Laçın rayonunda yenidən üçrəngli şanlı Azərbaycan bayrağı dalğalanır, rayonumuzda bərpa və yenidənqurma işləri sürətlə davam edir, yeni infrastruktur qurulur və laçınlıların doğma yurdlarına köçürülməsi mərhələli şəkildə davam etdirilir. 

Bütün bu layihələrin həyata keçirilməsi isə bir daha göstərir ki, Laçın rayonu tezliklə cənnət məkana çevriləcək və Azərbaycanın ən böyük rayonlarından biri olmaqla, ölkəmizin gələcək iqtisadi inkişafında mühüm rol oynayacaq.

Prezident Ilham Əliyevin dediyi kimi: “Biz öz doğma torpaqlarımızı işğalçılardan azad edəndən sonra mən demişdim ki, Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Cənnətin əgər təsviri varsa, bu gün bax, budur””.

Vilayət Muxtar
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 02 Dekabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri