Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Çörəklərin içində narkotik gizlətdilər

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Deputat: Maliki SEPAHın tezisləri üzrə çıxış edir

Deputat: Maliki SEPAHın tezisləri üzrə çıxış edir

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran parlamentinin üzvünün Xəzərin çirklənməsi haqda dedikləri cəfəngiyyatdır



  İran Prezidenti Məsud Pezeşkian COP29-da şəxsən iştirak etməli idi, lakin "sionist rejimin" rəsmisinin iştirakı səbəbindən sammitə gəlmədi. Bu iddia ilə İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Fədahüseyn Maliki çıxış edib. Onun iddiasına görə, Azərbaycan Tehran Konvensiyası əsasında Xəzər dənizinin mühafizəsi ilə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib. Maliki ən mühüm maneənin İsraili enerji ilə təmin etmək məqsədilə Azərbaycanda Britaniya və İsrail şirkətlərinin olmasını göstərib. Bunun isə mehriban qonşuluq siyasəti və Tehran Konvensiyasının ruhuna zidd olduğunu deyib. İran parlamentinin Milli Təhlükəsizlik Komissiyasının üzvü Azərbaycana qarşı təhdidedici ifadələr səsləndirib: "Biz gözləyirik ki, Xarici İşlər Nazirliyi, Ətraf Mühit Agentliyi və Energetika Nazirliyi Azərbaycanın qanun pozuntuları ilə bağlı parlamentə geniş hesabat təqdim edəcək. Biz buna daha ciddi nəzarət edəcəyik”. Qeyd edək ki, İran prezidentinin COP29-un Liderlər Sammitində iştirak etməməsinin səbəbi kimi İsrail rəsmilərinin bu tədbirə qatılmasının göstərilməsi haqda iddialar həqiqəti əks etdirmir. Ona görə ki, İsrail Prezidentinin Ofisi İshaq Hersoqun Azərbaycana “COP29 tədbirlərinin ikinci həftəsində gedəcəyi haqda rəsmi açıqlama yaymışdı. Yəni İsrail nümayəndələrinin Liderlər Sammitində iştirak etməyəcəyi əvvəlcədən bəlli idi. Məsud Pezeşkianın isə Liderlər Sammitində iştirak edəcəyi rəsmən təsdiqlənmişdi. Ancaq Pezeşkian heç bir rəsmi açıqlama vermədən səfərini ləğv etdi. Başqa yandan, İran bu vaxta qədər COP konfranslarında heç vaxt yüksək səviyyədə iştirak etməyib, üzərinə heç bir öhdəlik götürməyib, iqlim dəyişikliyinə qarşı mübarizə məqsədilə vəsait xərcləməyib. Buna görə də, İran ekologiyaya ziyan vurmaq baxımından Azərbaycanı ittiham edə biləcək ən son ölkədir. 

Millət vəkili Sahib Alıyev "Sherg.az"a bildirib ki, İran parlamentinin üzvü  Fədahüseyn Malikinin Xəzərin çirklənməsi haqda dedikləri cəfəngiyyatdır. Deputatın sözlərinə görə, bu açıqlama Malikinin qərəzliliyi ilə yanaşı, ekologiya barədə anlayışının olmamasını, SEPAH-ın tezisləri üzrə çıxış etməsini göstərir:


 "Xəzəryanı dövlətlər arasında dənizin ekologiyasına ən həssaslıqla yanaşan ölkə ilk növbədə Azərbaycandır. Tehran Konvensiyasına əməl etməyən rejim Tehrandadır. Bu rejimin ekologiya məsələlərində necə "həssas" olduğunu quruyan Urmiya gölündən yaxşı bilirik. Bunun qarşısını almağa çağıranların bir hissəsinin hələ də zindanlarda yatdıqlarından da xəbərdarıq. İran prezidentinin COP29-a qatılmaması sözügedən rejimin təkcə Azərbaycana yox, həm də ekologiyaya yanaşmasını ortaya qoyur. Maliki iddia edir ki, guya İsrail rəsmiləri COP29-da  olduqlarına görə İran Prezidenti Bakıya gəlməyib. Maraqlıdır, bəs onda BMT-nin İsrail rəsmiləri də qatılan digər tədbirinə İran prezidenti niyə getmişdi?! Özü də həmin tədbir “böyük şeytan” adlandırdıqları ABŞ-də keçirilirdi. Maliki İran prezidentinin COP29-a gəlməmə səbəbinin Fransa, Niderland və Ermənistanla eyni olduğunu söyləsəydi, açıqlaması daha inandırıcı təsir bağışlayardı".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://sherg.az
archiveBu xəbər 21 Noyabr 2024 12:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see340

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see277

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see269

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see267

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see250

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see248

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see241

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see235

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see234

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see231

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see221

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see217

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see211

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see204

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see199

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see196

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see188

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see185

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see183

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri