Deputat minaya düşərək yaralanan ANAMA əməkdaşının ailəsini ziyarət edib FOTOLAR
Gununsesi saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Milli Məclisin deputatı Səyyad Salahlı mayın 9-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev və SHXÇDX-nin İmişli rayon şöbəsinin rəisi, polkovnik-leytenant Elsevər Nağıyev ilə birgə Cəbrayıl rayonunun Mehdili kəndi ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə minaya düşərək, sağ ayağının topuq nahiyəsinin amputasiyası ilə nəticələnən İmişli rayonunun Sarıxanlı kəndindən olan, ANAMA əməkdaşı Xankişiyev Heydər Əli oğlunu yaşadığı ünvanda ziyarət edib.
Gununsesi.info xəbər verir ki, deputat Heydər Xankişiyevin müalicə prosesi, qayğıları və ailəsinin problemləri ilə maraqlanıb. Heydər Xankişiyevin ailə üzvləri göstərilən diqqət və qayğıya görə razılıqlarını ifadə ediblər.
Qeyd edək ki, Heydər Xankişiyev Birinci Qarabağ müharibəsi şəhidi Əliheydər Xankişiyevin oğludur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 09 May 2025 18:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















