Deputat muzeylərlə bağlı yeni konsepsiyanın hazırlanmasını təklif edib
Icma.az bildirir, Report.az saytına əsaslanaraq.
Muzeylərlə bağlı yeni konsepsiya hazırlanmalıdır.
“Report” xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında komitə üzvü Əlibala Məhərrəmzadə deyib.
O qeyd edib ki, konsepsiyada muzeylərin, kitabxanaların təbliğatı ilə əlaqədar addımlar olmalıdır.
Deputatın sözlərinə görə, təbliğat üçün turizm sahələrindən istifadə edilə bilər.
Buna misal kimi, o, Qubada olan muzeylər haqqında otellərdə, turizm zonalarında və s. yerlərdə məlumatlar yerləşdirilə biləcəyini deyib.
“Bu, gələn turistlər üçün əlverişli olacaq və muzeylərə marağı artıracaq. Nümunə üçün deyim ki, Şəki Xan Sarayının hansısa maliyyə dəstəyinə ehtiyacı yoxdur. Çünki təbliğatı uğurlu olduğundan, öz gəlirləri özünü təmin edə bilir”, - deputat deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:144
Bu xəbər 17 Dekabr 2024 14:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















