Icma.az
close
up
RU
Deputat: “Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

Deputat: “Ölən şəxsin pensiya vəsaiti ailəsinə verilməlidir”

Moderator.az saytına istinadən Icma.az xəbər verir.

Deputat Arzuxan Əlizadə Milli Məclisin bu gün keçirilən plenar iclasında 2025-ci ilin büdcə zərfinin müzakirəsi zamanı çıxış edərək bəzi vacib məsələlərə toxunub.

A.Əlizadə bildirib ki, dünyasını dəyişən şəxsin pensiya fonduna yığılmış vəsaiti onun ailə üzvlərinə verilməlidir:

“Şəxs dünyasını dəyişirsə, onun pensiya fondunda yığılmış vəsaitinin vərəsəlik əsasında ailə üzvlərinə verilməsi qanunvericilikdə öz əksini tapmalıdır. Hazırda əmək müqaviləsi olan işləyənlərin, eləcə də reallıqda olduğundan aşağı əməkhaqqı fiksə olunmaqla bir çox hallarda əlavə ayırmalar olmasın deyə minimum əməkhaqqı göstərilməklə işləyənlərin sayı kifayət qədər çoxdur. Bundan əlavə, bir sıra sahələr üzrə mütəxəssislərin pensiyaya çıxmasında könüllülük prinsipi tətbiq olunmalıdır. Xüsusilə, 65 yaşlı həkim və müəllimlərin mütləq şəkildə pensiyaya çıxması şərtləndirilməli deyil. 65 yaşına çatmış müəllim və həkimlərin mövcud təcrübəsindən yararlanmaq əvəzinə, onları təqaüdə göndərmək nə dərəcədə faydalı və ədalətlidir?”

Deputatın fikrincə, yaxşı olardı ki, müəllim və həkimlərə ən azından 70 yaşa qədər öz istəyi əsasında işləmək imkanı verilsin:

“Onsuz da bu kateqoriyadan olan şəxslər 70 yaşına qədər hər il müəssisə rəhbəri ilə bir illik müqavilə bağlamaqla işdə qala bilirlər. Bu amil özü də bir sıra neqativ hallara səbəb olur”.

A.Əlizadə hökumətə xitabən müəllimlərin və həkimlərin təqaüdünün artırılmasını da zəruri sayıb. Bildirib ki, onların təqaüdü çox azdır və heç dərman almağa çatmır: “Əvvəlki illəridə mövcud olmuş az məvaciblə təqaüdə çıxan müəllimlər və həkimlər aldıqları məvacib müqabilində olduqca az təqaüd alırlar. Hər iki həssas qrupun təqaüdlərini artırmağa ciddi ehtiyac var”. /Musavat.com/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://moderator.az
archiveBu xəbər 27 Noyabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri