Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

Deputat: “Qarabağda dünyada analoqu olmayan şəhər modeli qurulur”

Deputat: “Qarabağda dünyada analoqu olmayan şəhər modeli qurulur”

Icma.az, Sherg.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan eyni vaxtda yol, şəhər və enerji infrastrukturunu qurur”

Azərbaycan son illər beynəlxalq siyasi, iqtisadi və humanitar tədbirlərin keçirildiyi mühüm qlobal mərkəzlərdən birinə çevrilib. Bu gün isə Bakı dünyanın ən nüfuzlu urbanizasiya platformalarından biri hesab olunan BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına (WUF13) ev sahibliyi edir. Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq etimad qazandığını, qlobal inkişaf və dayanıqlı şəhərsalma proseslərində fəal tərəfdaş kimi qəbul olunduğunu göstərir.

WUF13 forumu Azərbaycan üçün yalnız diplomatik və imic baxımından deyil, həm də iqtisadi və strateji baxımdan mühüm əhəmiyyət daşıyır. Minlərlə xarici nümayəndənin Bakıya səfəri turizm, hotelçilik, nəqliyyat, xidmət və ictimai iaşə sahələrində ciddi canlanma yaradacaq, yerli biznes üçün yeni əməkdaşlıq və investisiya imkanları açacaq. Eyni zamanda forum Azərbaycanın şəhərsalma sahəsində həyata keçirdiyi müasir layihələri beynəlxalq auditoriyaya təqdim etmək üçün mühüm platformadır. Xüsusilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Ağıllı şəhər” və “Ağıllı kənd” konsepsiyaları Azərbaycanın innovativ və dayanıqlı inkişaf modelinin əsas nümunələrindən biri kimi diqqət çəkir. Yaşıl enerji, rəqəmsal idarəetmə və müasir infrastruktur prinsiplərinə əsaslanan bu layihələr artıq beynəlxalq maraq doğuran inkişaf nümunəsinə çevrilməkdədir. COP29-dan sonra WUF13 kimi nüfuzlu forumun da Bakıda keçirilməsi Azərbaycanın qlobal tədbirlər üçün etibarlı və strateji məkan statusunu daha da möhkəmləndirən mühüm göstərici hesab olunur.

Milli Məclisin deputatı, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Naqif Həmzəyev Sherg.az-a açıqlamasında bildirib ki, WUF13 forumunun Bakıda keçirilməsi ölkəmizin beynəlxalq arenada qazandığı etimadın, etibarlı tərəfdaş statusunun və idarəetmə potensialının rəsmi tanınmasıdır:

“Dünya Şəhərsalma Forumu, BMT-nin Yaşayış Məntəqələri Proqramı (UN-Habitat) tərəfindən hər iki ildən bir keçirilən ən nüfuzlu qlobal şəhərsalma platformasıdır. Onlarca ölkədən dövlət başçıları, nazirlər, şəhər planlaşdırıcıları, akademiklər və vətəndaş cəmiyyəti nümayəndələrinin iştirak etdiyi bu forumun Bakıda keçirilməsi Azərbaycanın qlobal gündəm formalaşdırmaq iqtidarında olan bir dövlət kimi tanındığını sübut edir”.

Prezident İlham Əliyevin Forumdakı çıxışı və eyni zamanda "Euronews" televiziyasına verdiyi geniş müsahibəsinə diqqət çəkən deputat bildirib ki, çıxışın ən əhəmiyyətli hissəsindən biri işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən bərpa işlərinə həsr edilmiş blok idi. Onun fikrincə, Prezident İlham Əliyev bu mövzuda yalnız rəqəmlər və statistika ilə kifayətlənməyib, O, Azərbaycanın postmünaqişə yenidənqurmasında dünya praktikasına inteqrasiya edilə biləcək sistemli bir model qurduğunu bütün detalları ilə izah edib”.

Deputat qeyd edib ki, “Ağıllı kənd”, “Ağıllı şəhər” və “Yaşıl enerji” konsepsiyalarına əsaslanan layihələr regionun müasir standartlara uyğun şəkildə yenidən qurulmasını təmin edir:

“Azadlıq Şuşadan başladı, amma tikinti işləri ilə yanaşı, bir ideologiya da bərpa edildi. Bu torpaqlar təkcə fiziki mənada deyil, texnoloji, ekoloji və sosial mənada da yenidən qurulur. "Ağıllı şəhər" konsepsiyası çərçivəsində Ağdam, Füzuli, Zəngilan kimi şəhərlərdə yalnız binalar inşa edilmir — rəqəmsal idarəetmə sistemləri, enerji effektivliyi standartları, müasir nəqliyyat şəbəkələri, bərpaolunan enerji infrastrukturu eyni vaxtda layihələndirilir və qurulur. Bu, dünyada az sayda dövlətin belə miqyasda tətbiq etdiyi inteqrativ yenidənqurma yanaşmasıdır. "Ağıllı kənd" konsepsiyası isə kənd icmalarını da bu modernləşmə dalğasına qoşur. Fermerlərə rəqəmsal texnologiyalara çıxış, bərpaolunan enerji ilə işləyən infrastruktur, müasir aqrar texnologiyalar təqdim edilir. Bu model, kənd-şəhər ikiliyi problemini aradan qaldırmağa yönəlmiş mütərəqqi bir siyasi seçimdir. Prezident İlham Əliyev vurğuladı ki, azad edilmiş ərazilərdə bütün infrastruktur sahələri paralel şəkildə inşa edilir. Yollar, tunellər, körpülər, elektrik şəbəkələri, su təchizatı sistemləri, məktəblər, xəstəxanalar, mədəniyyət mərkəzləri — bunların hamısı ardıcıl yox, eyni vaxtda tikilir. Bu yanaşma, ənənəvi yenidənqurma modellərindən kökündən fərqlənir. Adətən münaqişə sonrası dövrdə əvvəlcə yollar, sonra evlər, daha sonra sosial infrastruktur qurulur. Azərbaycan isə bütün bu sahələri sinxron şəkildə inkişaf etdirir ki, insanlar qayıdarkən tam funksional bir mühitə qovuşsunlar”.

N. Həmzəyevin sözlərinə görə, işğaldan azad olunan rayonlarda həyata keçirilən yenidənqurma prosesində xüsusi diqqəti cəlb edən məqamlardan biri də Laçın, Füzuli, Zəngilan hava limanlarının qısa müddətdə istifadəyə verilməsi, Zəngilan-Ağbənd avtomobil yolunun tamamlanması, Ağdam dəmir yolunun bərpasıdır. O qeyd edib ki, bütün bu infrastruktur layihələri Azərbaycanın bərpanı nə qədər ciddi surətdə planlaşdırdığını nümayiş etdirir:

“Yenidənqurmanın arxasında dərin bir humanitar məna yatır. Onilliklərlə məcburi köçkün həyatı yaşamış insanlar öz doğma torpaqlarına qayıdır. Lakin Prezident İlham Əliyev bu prosesin mərhələli şəkildə aparıldığını xüsusi vurğulayəb. Bu ehtiyatlı yanaşma, insanların qayıtdıqda lazımi infrastrukturu, iş imkanlarını və xidmətləri hazır tapmasını təmin etmək məqsədi daşıyır. Dünya tarixindən çoxsaylı nümunələr göstərir ki, sürətli, hazırlıqsız repatriyasiya prosesləri yeni humanitar böhranlar yarada bilər. Azərbaycan bu təcrübələri nəzərə alaraq planlaşdırılmış, tədrici, infrastrukturla dəstəklənən bir geri dönüş modeli həyata keçirir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:151
embedMənbə:https://sherg.az
archiveBu xəbər 19 May 2026 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see318

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see289

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see286

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see267

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see260

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see248

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see243

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see241

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see234

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see217

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see212

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see201

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see195

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see191

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see189

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see188

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see181

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see175

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see172

İpək Yolu Sığorta maliyyə vəziyyətini açıqlayıb

10 Noyabr 2026 11:18see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri