Icma.az
close
up
RU
Deputat qəhvəyi mərmər bağacığının təsərrüfata fəsadlar törədəcəyi xəbərdarlığını verdi

Deputat qəhvəyi mərmər bağacığının təsərrüfata fəsadlar törədəcəyi xəbərdarlığını verdi

Unikal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin mövcud iqtisadi potensialdan daha səmərəli istifadə olunması, idxalı əvəzedən ixracyönümlü istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması və inkişaf etdirilməsi istiqamətində verdiyi tapşırıqlara uyğun olaraq ölkəmizdə həyata keçirilən məqsədyönlü tədbirlər sayəsində qeyri-neft sektorunda istehsalın genişlənməsi ölkəmizin ixrac imkanlarının artmasına müsbət təsir göstərir, regionlarda yetişdirilən məhsulların ixracı respublikaya böyük həcmdə valyuta gətirir".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin deputatı Asif Əsgərov deyib.

Deputat bildirib ki, Zaqatala rayonu üçün ənənəvi, ixrac potensialı yüksək olan və ən əsası, əhalinin məşğulluğunun təmin edilməsində böyük əhəmiyyəti olan sahələrdən biri fındıqçılıqdır. Zaqatala rayonunda mövcud olan fındıq sahələri Respublikada ən geniş ərazilərə malik olmaqla (20190,4 ha), rayonun iqtisadiyyatının və kəndlərdə yaşayan əhalinin ailə büdcələrinin əsasını təşkil edir.

"2025-ci ildə fındıq bağlarında əvvəlki illərlə müqayisədə məhsuldarlıq aşağı düşmüşdür. Buna səbəb, son illərdə Gürcüstan Respubliksından ölkəmizə keçərək Zaqatala rayonu ərazisində yayılmış “Qəhvəyi mərmər bağacığı” adlanan karantin zərərvericisidir. Zərərvericinin yayılma arealı, əsasən meşə massivləri, meşə massivləri ilə əhatə olunmuş fındıq bağları və digər kənd təsərrüfatı bitkiləri becərilən sahələridir.

Qəhvəyi mərmər bağacığın yetkin fərdləri və sürfələri yük daşımaları, nəqliyyat vasitələri, avadanlıqlar,konteynerlər, təzə meyvə-tərəvəz və digər vasitələrlə yayılır. Eyni zamanda yetkin fərdləri təbii yolla (uçmaqla) 35-100 km-dək məsafə qət edə bilirlər. Yetkin fərd bir dəfəyə 25-30 yumurta qoyur. Bu da onların sürətlə çoxalmasına səbəb olur.

Bu zərərverici fındıq da daxil olmaqla 300-dən çox bitki növü ilə qidalanaraq kənd təsərrüfatı bitkilərinin məhsuldarlığını əhəmiyyətli dərəcədə aşağı salır, ekologiyaya da ciddi ziyan vururlar. Qəhvəyi mərmər bağacığı yaşayış yerlərində bəzi insanlarda allergiya yaradır.

Məlumat üçün qeyd edək ki, 2010-cu ildə ABŞ da 33 ştatda qəhvəyi mərmər bağacığının vurduğu ziyan 21 milyard dollar olmuşdur. Təkcə Nyu-york ştatında alma, üzüm, şaftalı, albalı, paxlalı bitkilər, qarğıdalı və xiyara vurduğu ziyan 878 milyon dollar təşkil etmişdir. 2015-ci ilin ikinci yarısından etibarən Rusiya və Abxaziyanın rütubətli subtropik ərazilərində bu ziyanvericinin kütləvi artımı baş vermişdir. 2016–2017-ci illərin nəticələrinə görə bu ziyanverici Rusiyada, Abxaziyada, Gürcüstanda meyvə, subtropik bitkilər və fındıq məhsulunun miqdarı və keyfiyyətinə böyük ziyan vurmuşdur. Abxaziyada şaftalı, naringi, xurmanın məhsuldarlığı 2–3 dəfə aşağı düşmüşdür. Gürcüstan isə fındıq ixracatında üçüncü yerdən dördüncü yerə enmişdir.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi , eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyən mübarizə tədbirləri aparılsa da, görülmüş işlər siyarətlənmənin qarşısının alınması üçün kifayət etmir. Belə ki, sıx meşələrin dərinliklərində dərmanlanma aparılması yerüstü texnikalar vasitəsilə faktiki olaraq mümkün deyildir. Qeyd edirik ki, havalar soyuduqca zərərvericilər yaşayış məntəqələrinə, evlərə, təsərrüfat tikililərinə və digər sığınacaqlara qışlama dövrü üçün miqrasiya edirlər. Bu da kimyəvi mübarizəni çətinləşdirir".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:41
embedMənbə:https://unikal.az
archiveBu xəbər 18 Sentyabr 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəqsanənin qızının əl ələ görüntüləndiyi müğənni KİMDİR? VİDEO

16 Dekabr 2025 14:45see299

“Başımızın üstündə təhlükə var“ Yasamalda çoxmərtəbəli binaların sakinlərindən ŞİKAYƏT

17 Dekabr 2025 08:41see269

Rusiya Milad bayramında da döyüşmək istəyir

16 Dekabr 2025 19:38see240

İranda yeni türk əyaləti yarana bilər Kampaniya başladı

16 Dekabr 2025 15:43see232

Lavrov: ABŞ ın Venesuelada əməliyyat planları razılaşma ümidlərini azaldır

18 Dekabr 2025 01:26see223

“Ramin Nur” şadlıq sarayında BİABIRÇILIQ: dana əti adı ilə camış əti verdilər

17 Dekabr 2025 17:39see215

AZƏRTAC ilə AMADA arasında Əməkdaşlıq Haqqında Memorandum imzalanıb

16 Dekabr 2025 18:14see196

Ordubadda avtomobil qaz xəttinə çırpılıb, 8 minə yaxın abonent qazsız qalıb

18 Dekabr 2025 08:44see183

Mançester Yunayted Mərakeşi FİFA ya şikayət etdi

17 Dekabr 2025 23:12see183

Aİ Rusiyadan qaz alışını 2% dən çox azaldıb

16 Dekabr 2025 14:58see183

Bu gün axşamdan maqnit qasırğası başlayacaq

17 Dekabr 2025 15:26see165

Cəlilabad kəndlərində vəhşi təhdid: Uşaqlar və qoyunlar təhlükədə

16 Dekabr 2025 21:42see161

Neftçilər xəstəxanasında ÖLÜM Anası böyrəyini verdi, həkimlər isə öldürdü FOTO

17 Dekabr 2025 02:24see160

Eurovision İsrailə görə tarixinin ən böyük böhranlarından birini yaşayır

17 Dekabr 2025 13:40see155

“ABB Qarabağ” kobrend kartı buraxılır!

17 Dekabr 2025 00:07see153

Hər hansı bir məsələdə qadağa varsa, məsuliyyət də olmalıdır Deputat

17 Dekabr 2025 14:46see153

Gecə oyanmaların səbəbi açıqlandı Problem əlamətidir?

16 Dekabr 2025 21:01see150

Milyonçu yarışmasına qatılmışdı, çəlləyin içində meyiti tapıldı FOTO

17 Dekabr 2025 14:50see149

BİZİM TƏQVİM:17 dekabrda baş vermiş tarixi hadisələr

17 Dekabr 2025 08:04see147

Vuçiç: “Kuşnerin şirkətinin layihədə iştirakda” KONKRET

16 Dekabr 2025 18:09see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri