Icma.az
close
up
RU
Ermənistanın işğal siyasətinin HÜQUQİ TƏSBİTİ “Nürnberq məhkəmə”sində edilən SENSASİON ETİRAFLAR

Ermənistanın işğal siyasətinin HÜQUQİ TƏSBİTİ “Nürnberq məhkəmə”sində edilən SENSASİON ETİRAFLAR

Icma.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Azərbaycan son beş ildə müasir dünya tarixində nadir presedentlərdən birinə imza atdı. 44 gün ərzində torpaqlarımız işğaldan azad olundu, 1 gün ərzində separatizm bəlası sona çatdı. Bunlar hərb meydanında qazanılmış, tarixə qızıl hərflərlə yazılan zəfərlər idi.
 

MÖVZU İLƏ BAĞLI: 

Ermənistan vətəndaşlarının məhkəməsi bu tarixdə DAVAM ETDİRİLƏCƏK


Ancaq Azərbaycan bununla kifayətlənmədi, eyni zamanda xalqımıza qarşı insanlıq əleyhinə və müharibə cinayətləri törətməkdə ittiham olunan şəxslərin ədalət mühakiməsi qarşısına çıxarılmasına nail oldu. Bu, hərbi və siyasi qələbənin davamı olaraq, hüquqi və mənəvi ədalətin bərpası deməkdir.
Qəti siyasi iradə və yerinə yetirilən vəd
Təbii ki, bu ardıcıl qələbələr marafonu faktiki olaraq 2020-ci ilin sentyabrından start götürsə də, uzun illər əvvəldən Zəfərə gedən yolda uzaqgörən, strateji addımlar atıldı.
 

Bu prosesin mərkəzində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin nümayiş etdirdiyi qəti iradə və prinsipial mövqe dayanır. Məhz İlham Əliyevin uzaqgörən siyasi gedişləri, diplomatik arenada ardıcıl, hesablanmış addımlar, ordu quruculuğunda görülən tədbirlərin nəticəsi bu gün göz önündədir.


İllər əvvəl Dövlət başçısının verdiyi bəyanatlar tam və qəti qələbəni gətirən planların necə strateji dəqiqliklə hazırlandığı və icra olunduğunun göstəricisidir.
Dövlət başçısı xalq qarşısında verdiyi sözə hər zaman sadiq qaldığı kimi, bu məsələdə də geri addım atmadı. Hələ 2012-ci ildə Xocalı soyqırımının 20-ci ildönümü ilə əlaqədar Azərbaycan xalqına müraciətində Dövlət başçısı bəyan etmişdi ki, Xocalı soyqırımını həyata keçirənlər gec-tez ədalət məhkəməsi qarşısında cavab verərək layiqli cəzalarını alacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Bu bəyanat sadəcə siyasi ritorika deyil, sonradan konkret nəticə ilə təsdiqlənmiş dövlət mövqeyi oldu.
Ədalətin təntənəsi və beynəlxalq presedentlər
İnsanlıq əleyhinə və müharibə cinayətləri törətmiş şəxslərin ədalət mühakiməsinə cəlb olunması münaqişələrin ədalətli həllinin ən doğru modelidir. Təcrübə göstərir ki, bir çox münaqişələr formal olaraq bitsə də, mülki əhaliyə qarşı cinayətlər törədənlər məsuliyyətdən kənarda qalır. Bu, müharibələrin natamam həlli deməkdir və belə olan halda tam qələbədən söhbət gedə bilməz.
Tarixdə İsrailin təcrübəsi buna misaldır: faşist rejiminin cinayətkarları müharibədən illər sonra belə tapılaraq mühakimə olundu. Keçmiş Yuqoslaviyada isə müharibə cinayətkarlarının bir hissəsi yalnız beynəlxalq birliyin ümumi səyləri nəticəsində, illər sonra ədalət qarşısına çıxarıldı. Azərbaycan isə bu yolu təkbaşına keçdi.
Xarici təzyiqlər fonunda əldə edilən nadir ədalət modeli
Ölkəmiz bununla dünya praktikasında nadir rast gəlinən bir model ortaya qoydu. Azərbaycan heç bir xarici hərbi müdaxilə və ya himayə olmadan, bütün siyasi və diplomatik təzyiqlərə baxmayaraq, öz gücü hesabına həm ərazi bütövlüyünü bərpa etdi, həm də müharibə cinayətkarlarının mühakiməsinə nail oldu. Bu, Azərbaycan dövlətinin vətəndaşları qarşısında ədaləti təmin etmək əzmini və suveren hüquqlarını müdafiə etmək qabiliyyətini nümayiş etdirdi.
 

Məhkəmə prosesi ilə bağlı Azərbaycanın üzləşdiyi xarici siyasi təzyiqlər az olmadı. Müxtəlif beynəlxalq dairələrdə əsassız ittihamlar, təzyiq cəhdləri müşahidə olundu. Müharibə cinayətkarlarını hərbi əsir kimi təqdim etmək cəhdləri, xüsusən bəzi Qərb ölkələrinin rəsmiləri tərəfindən verilən absurd bəyanatlar, sanksiya çağırışları hər birimizə yaxşı məlumdur.


Lakin bu cəhdlər Prezident İlham Əliyevin prinsipial mövqeyinə heç bir təsir göstərmədi. Azərbaycan açıq, şəffaf və hüquqa əsaslanan məhkəmə yolu ilə öz mövqeyini qorudu və beynəlxalq hüququn selektiv deyil, universal tətbiq olunmalı olduğunu praktikada göstərdi.
Ermənistan dövlətinin məsuliyyətini təsdiqləyən faktlar
Açıq keçirilən məhkəmə prosesində səsləndirilən ifadələr, təqdim olunan dəlillər Ermənistan hakimiyyətinin və dövlət strukturlarının Azərbaycan xalqına qarşı törədilmiş cinayətlərdə birbaşa rolunu təsdiqlədi. Məhkəmədə verilən ifadələr göstərdi ki, işğal siyasəti dövlət səviyyəsində planlaşdırılıb və həyata keçirilib. Bu faktlar Ermənistanın yalnız fərdi şəxslər deyil, dövlət olaraq məsuliyyət daşıdığını ortaya qoydu.
Məhkəmə prosesində Levon Mnatsakanyanın verdiyi açıq etiraflar xüsusilə diqqətçəkən oldu. O, tarixdə qalmış qondarma rejimin ordusunun müstəqil hərbi qüvvə olmadığını, Ermənistan ordusunun ən böyük hərbi birləşmələrindən biri kimi fəaliyyət göstərdiyini təsdiqlədi.
 

O məhkəmədə etiraf etdi ki, qondarma rejimin “ordusu”nda yüksək vəzifələrə təyinatlarla bağlı qərarlar Ermənistanda verilib. Polkovnik-leytenant və daha yuxarı rütbələr üzrə vəzifələrin təyinatını Ermənistan silahlı qüvvələrinin baş qərargah rəisi, müdafiə naziri və prezidenti edib.


“Mən isə “ordu”nun “komandiri” kimi mayor daxil olmaqla, ondan aşağı vəzifələrə təyin edə, mayora qədər rütbə verə bilərdim”, - deyə Mnatsakanyan bildirib.
David Manukyan isə məhkəmədə Gəncə şəhərinin raketlərlə vurulmasına dair sənədlərin tədqiqi zamanı raket qurğularının və onların tətbiqinə dair "əmr" verməyin qondarma rejimin "rəhbərliyinin və ordusunun" səlahiyyətində olmadığını bildirib.
Bako Sahakyan Qarabağa silah-sursatın Ermənistan Respublikasından gətirilirdiyini etiraf edib:
“Dağlıq Qarabağ”ın “büdcə”sində və “ordusu”nda bizim belə bir xərclərimiz yox idi. Bütün hərbi xərclər, verilən əməkhaqları, əsgərlərin təminatı birbaşa Ermənistan büdcəsindən ayrılırdı”.
Qondarma rejim “rəhbər”lərinin cinayət etirafları
Arayik Harutyunyanın 1991-ci ilin dekabr ayında cinayətkar birliyə qoşulmaqla 2023-cü il sentyabrın 20-dək olan müddət ərzində cinayətkar birliyin tərkibində müxtəlif funksiyaları icra etməklə cinayətkar birlik tərəfindən törədilmiş bütün cinayətlərdə bilavasitə və dolayı yolla iştirak etməsi məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiqlənib.
Bako Sahakyan Ermənistan silahlı qüvvələrinin Şuşa rayonunu işğal etməsi zamanı əməliyyatda iştirak etdiyini qeyd edib. O, Vilen Mikaeliyanın rəhbərlik etdiyi dəstənin Şuşanın işğalında iştirak etdiyini, özünün də həmin dəstədə olduğunu bildirib və əlavə edib: “Bu, şərq istiqaməti idi. Mən bilirəm ki, həmin istiqamətin komandiri Arkadi Karapetyan idi”.
İşğal siyasətinin mexanizmi: dövlət, ordu və icraçılar
Məhkəmə prosesində faktiki olaraq aydın oldu ki, Ermənistan işğalçılıq siyasətini gizlətmək üçün qondarma rejim yaradıb. Bu rejimin rəhbər şəxsləri Ermənistanın Qarabağdakı işğal siyasətinin əsas icraçıları olublar.
İşğal, törədilmiş müharibə cinayətləri, soyqırımı, urbisid və ekosid faktlarına görə məsuliyyət təkcə ayrı-ayrı şəxslərin deyil, Ermənistan dövlətinin və onun silahlı qüvvələrinin üzərindədir.
Hüquqi və tarixi ədalətin bərpası
Azərbaycanın atdığı bu addımlar təkcə milli tarix üçün deyil, beynəlxalq hüquq praktikası üçün də mühüm presedentdir. Bu yanaşma göstərdi ki, müharibə yalnız cəbhədə deyil, məhkəmə zalında da başa çatmalıdır. Cinayətlər unudulmamalı, cinayətkarlar məsuliyyətdən yayınmamalıdır. Azərbaycan öz gücü, qətiyyəti və prinsipial mövqeyi ilə ədalətin bərpa olunacağını sübut etdi. Şübhəsiz ki, Bu presedent gələcəkdə işğaldan əziyyət çəkmiş digər ölkələr üçün də hüquqi nümunə olacaq.
Bizim.Media-nın analitik qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:33
embedMənbə:https://bizim.media
archiveBu xəbər 04 Fevral 2026 10:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see887

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see334

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see306

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see304

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see212

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see195

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see193

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see192

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see189

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see181

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see167

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see166

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see166

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see166

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see163

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see163

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see160

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see159

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see138

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri