Deputat: “Regionda təhlükəsizlik məsələləri aktual olaraq qalmaqdadır”
Icma.az bildirir, Demokrat.az saytına əsaslanaraq.
“Azərbaycan və Ermənistan arasında gedən sülh prosesi regionda yeni əməkdaşlıqlara yol açır. 2025-ci il avqustun 8-də Vaşinqtonda iki ölkə arasında 17 bənddən ibarət sülh müqaviləsi paraflanıb”.
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov bildirib.
O deyib ki, prosesin əsas məqamlarından biri də iqtisadi əməkdaşlıqdır:
“Azərbaycan artıq Ermənistanla yük daşımalarına tətbiq etdiyi məhdudiyyətləri aradan qaldırıb. Artıq Qazaxıstan buğdasının tranzit qaydada Azərbaycan üzərindən Ermənistana daşınması mümkün olub. Bu addım tərəflər arasında iqtisadi əlaqələrin açılması və tədricən normallaşması baxımından mühüm mərhələ sayılır.
Ermənistanın Baş naziri Nikol Paşinyan İpək Yolu forumu çərçivəsində Azərbaycan Prezidentinə təşəkkür edərək bildirib ki, bölgələrarası yükdaşımalar artıq qarşılıqlı şəkildə məhdudiyyətsiz şəkildə həyata keçiriləcək”.
Millət vəkilinin sözlərini görə, bu açıqlama iki ölkə arasında kommunikasiya və logistik əlaqələrin formalaşmağa başladığını göstərir:
“Sülh mühiti yalnız hökumətlərarası müstəvidə deyil, ictimai səviyyədə də dəstəklənir. İrəvanda Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyəti təmsilçilərinin görüşü keçirilib və müzakirələrdə əsas diqqət sülh prosesi, qarşılıqlı etimadın gücləndirilməsi və gələcək əməkdaşlıq imkanlarına yönəlib. Regionda təhlükəsizlik məsələləri aktual olaraq qalmaqdadır.
Azərbaycan-İran sərhədinin karantin rejimi səbəbindən bağlı saxlanılması İran-İsrail gərginliyi və potensial qaçqın axınının yaratdığı risklərlə izah edilir. Bu faktorlar sülh prosesinin davamlılığı üçün diqqət tələb edən mühüm məqamlar kimi qiymətləndirilir”.
Leyla Turan
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Regionda təhlükəsizlik adası...
19 Noyabr 2024 10:44
Regionda Azərbaycan ABŞ üçün önəmli dövlətdir Deputat
18 Noyabr 2025 19:10
Qarabağ zəfəri regionda ədalətli geosiyasi nizam yaratdı Deputat
08 Noyabr 2024 14:53
Mediamız dünyada və regionda gedən proseslərdə fəaldır Deputat
22 İyul 2025 16:09
Deputat: Zəngəzur dəhlizi regionda yeni nəqliyyat imkanları yaradacaq
30 Yanvar 2025 09:02
Baxış sayı:96
Bu xəbər 24 Dekabr 2025 10:54 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları