Icma.az
close
up
RU
Deputat: “Rusiya elə zənn etməsin ki, Azərbaycan ondan asılıdır”

Deputat: “Rusiya elə zənn etməsin ki, Azərbaycan ondan asılıdır”

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Münaqişə, gərginlik və qarşıdurmalar heç bir dövlətə fayda gətirmir. Bu baxımdan, Rusiyanın gərginlik yaratması, müəyyən təxribatçı hərəkətlərə yol verməsi ilk növbədə onun özü üçün ziyanlıdır və bu dövlətin imicinə, beynəlxalq aləmdəki nüfuzuna böyük zərbədir. Çünki Rusiya bu təxribatçı hərəkətləri təkcə Azərbaycana qarşı etmir. Ukraynada müharibə aparır, qeyri-rus millətlərə qarşı aqressiv davranışlara yol verir, insanları qanunsuz olaraq həbs edir, hətta qətl törədir. Belə hadisələr olmamalıdır. Rusiyanın hakim dairələri bu barədə ciddi tədbirlər görməlidir”.
Bunu Demokrat.az-a açıqlamasında deputat Tahir Rzayev deyib. 
O bildirib ki, Azərbaycan müstəqil dövlətdir və öz soydaşlarımızın hüquqlarını qorumalıdır, bu istiqamətdə də beynəlxalq hüququn normalarına əsaslanaraq tədbirlər həyata keçirilir:
“Ölkəmiz güclüdür, istənilən təxribata cavab verməyə hazırdır. Rusiya elə zənn etməsin ki, Azərbaycan ondan asılıdır və soydaşlarımıza qarşı törədilən hadisəyə biganə qalmalıdır. Azərbaycan heç vaxt gərginliyin tərəfdarı olmayıb. Rusiya ilə qonşuluq əlaqələrini, münasibətləri yaxşılaşdırmaq tərəfdarıdır. Bu, sözdə yox, əməldə həyata keçirilir. 
Ölkəmizdə yaşayan ruslar üçün hər cür şərait yaradılıb. Ona görə də Rusiya, Azərbaycanla münasibətlərin yaxşılaşması üçün həmin hüquq-mühafizə işçilərinə qarşı ciddi tədbirlər görməlidir”.
Cavidan Mirzəzadə
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:140
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 02 İyul 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri