Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Deputat: Azərbaycan tarixində elə günlər var ki…

Deputat: Azərbaycan tarixində elə günlər var ki…

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Azərbaycanın müasir tarixində elə günlər var ki, onların əhəmiyyəti yalnız bir siyasi hadisə ilə məhdudlaşmır, bütöv bir dövlətçilik mərhələsinin əsasını təşkil edir. 15 İyun-Milli Qurtuluş Günü məhz belə taleyüklü tarixlərdəndir. Bu gün Azərbaycan xalqının müstəqil dövlətçilik idealını qoruyub saxladığı, ölkənin parçalanma və müstəqilliyini itirmək təhlükəsindən xilas olaraq sabitlik, inkişaf və tərəqqi yoluna qədəm qoyduğu dönüş nöqtəsi kimi qiymətləndirilir. 1993-cü ilin 15 iyununda Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə ölkənin siyasi həyatında yeni bir dönəm başlandı. Sonrakı hadisələr göstərdi ki, həmin gün qəbul olunan qərarlar yalnız mövcud böhranın aradan qaldırılmasına deyil, həm də respublikanın gələcək inkişaf modelinin formalaşdırılmasına xidmət edib”. 

Bu fikirləri Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib.

Deputat bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan son dərəcə mürəkkəb daxili və xarici çağırışlarla üzləşmişdi. Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunur, ölkədə iqtisadi tənəzzül dərinləşir, dövlət idarəçiliyi sistemi isə ciddi böhran yaşayırdı. Ayrı-ayrı silahlı dəstələrin fəaliyyəti, separatçı meyillərin güclənməsi, hakimiyyətdaxili qarşıdurmalar və siyasi qeyri-sabitlik ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoymuşdu. 1993-cü ilin yayında yaranmış vəziyyət artıq təkcə idarəçilik böhranı deyil, milli təhlükəsizlik və dövlətçilik xarakteri daşıyırdı. Azərbaycanın müstəqilliyinin taleyi sual altında idi. Həmin dövrün hadisələrini təhlil edən ekspertlər və siyasi müşahidəçilər yekdil şəkildə qeyd edirlər ki, respublikamız öz tarixinin ən ağır sınaqlarından birini yaşayırdı. Belə bir mürəkkəb şəraitdə xalqın ümidləri Naxçıvanda fəaliyyət göstərən görkəmli dövlət xadimi Heydər Əliyevə yönəlmişdi. Zəngin siyasi təcrübəyə və yüksək idarəçilik bacarığına malik olan Heydər Əliyev xalqın və siyasi dairələrin çoxsaylı çağırışlarına cavab verərək 1993-cü il iyunun 9-da Bakıya gəldi.

“Bu qayıdış Azərbaycan tarixində dönüş nöqtəsinə çevrildi. İyunun 15-də Heydər Əliyevin Ali Sovetin Sədri seçilməsi ölkənin xilası prosesinin əsasını qoydu. Sonralar həmin tarix Milli Qurtuluş Günü kimi dövlət bayramı elan edildi. Ümummilli Lider bu vəzifədə ilk çıxışlarından etibarən dövlət müstəqilliyinin qorunmasını əsas prioritet seçdi və bütün fəaliyyətini Azərbaycanın müstəqil, güclü və sabit dövlət kimi tərəqqisinə həsr edəcəyini bildirdi. Məhz bu siyasi kurs sonrakı onilliklər ərzində ölkənin inkişaf strategiyasının təməlinə çevrildi”,-deyən millət vəkilinin sözlərinə görə, Ulu Öndərin hakimiyyətə qayıdışından sonra ölkədə, ilk növbədə ictimai-siyasi sabitliyin təmin olunması istiqamətində ardıcıl tədbrilər həyata keçirildi. Qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi, dövlət institutları möhkəmləndirildi, hüquqi dövlət quruculuğunun əsasları yaradıldı. 1994-cü ildə əldə olunan atəşkəs ölkədə iqtisadi və siyasi islahatların aparılması üçün əlverişli şərait formalaşdırdı. Elə həmin il imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın gələcək iqtisadi inkişafının təməlini qoyaraq ölkəni beynəlxalq enerji xəritəsində mühüm aktora çevirdi.

Sevinc Fətəliyeva qeyd edib ki, Heydər Əliyevin müəllifi olduğu enerji strategiyası Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasını sürətləndirdi, xarici investisiyaların cəlb olunmasına imkan yaratdı və ölkənin beynəlxalq mövqelərini əhəmiyyətli dərəcədə gücləndirdi. Siyasi sabitlik və iqtisadi yüksəliş paralel şəkildə gedərək müasir Azərbaycan dövlətinin sütunlarını formalaşdırdı. Onun sözlərinə görə, Milli Qurtuluşla başlanan inkişaf yolu sonrakı illərdə Azərbaycanı regionun aparıcı siyasi, iqtisadi və hərbi güclərindən birinə çevirdi. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadi potensialın gücləndirilməsi, müasir Silahlı Qüvvələrin formalaşdırılması və balanslaşdırılmış xarici siyasət ölkənin strateji imkanlarını genişləndirdi.

“Bu xüsusda, 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ildə Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması Milli Qurtuluşdan sonra formalaşdırılan dövlətçilik strategiyasının ən mühüm nəticələri kimi qiymətləndirilir. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu güclü dövlət və güclü ordu siyasəti Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına uyğun şəkildə uğurla davam etdirildi. Nəticədə Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin etdi. Bu gün Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə və digər azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işləri, Böyük Qayıdış Proqramının uğurlu icrası və keçmiş məcburi köçkünlərin doğma torpaqlarına mərhələli şəkildə qayıdışı Milli Qurtuluş ideyalarının real təcəssümüdür”, - deyən deputat əlavə edib ki, müasir dövrdə 15 İyun yalnız tarixi hadisənin ildönümü deyil, dövlətçilik ənənələrinin, siyasi sabitliyin, milli həmrəyliyin və müstəqil inkişaf kursunun simvoludur. Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın müasir və müstəqil dövlət kimi mövcudluğu məhz Milli Qurtuluş Günü ilə sıx bağlıdır. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, regional və qlobal təşəbbüslərin fəal iştirakçısı kimi çıxış edir. Ölkəmizin enerji təhlükəsizliyinin təmin edilməsində oynadığı rol, Orta Dəhlizin inkişafı, Türk Dövlətləri Təşkilatı çərçivəsində fəallığı, Qlobal Cənubla əməkdaşlıq siyasəti və mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi Azərbaycanın artan nüfuzunun göstəricisidir. 

“Tarixi proseslərə bugünkü reallıqlar prizmasından baxdıqda aydın görünür ki, 15 İyun 1993-cü il iflasın və böhranın deyil, ölkənin gələcək inkişaf istiqamətini müəyyən edən, müstəqil dövlətçiliyin qorunmasını təmin edən və Azərbaycanın qalib, suveren dövlət kimi formalaşmasının əsasını qoyan strateji dönüş nöqtəsidir. Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşında dövlətçiliyin xilası, sabitliyin bərpası və müasir inkişaf yolunun başlanğıcı kimi daim yaşayacaq. Bu tarixdən başlanan yol isə Azərbaycanı müstəqillikdən qüdrətli dövlətə, qurtuluşdan isə Zəfərə aparan şərəfli tarixi salnaməyə çevrilib”,- deyə deputat vurğulayıb.

 Mürtəza

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:197
embedMənbə:https://olke.az
archiveBu xəbər 09 İyun 2026 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see412

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see331

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see311

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see306

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see295

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see288

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see285

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see280

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see266

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see265

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see256

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see241

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see236

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see225

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see221

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see200

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see198

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see190

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see181

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri