Deputat Samir Vəliyevin atasına məxsus Odlar Yurdu Universitetdə ULU ÖNDƏRƏ SAYĞISIZLIQ / VİDEO
Hurriyyet portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Odlar Yurdu Universitetinin əsas girişində yerləşdirilən Ulu Öndər Heydər Əliyevin fotosunun rənginin solduğu müşahidə olunub.
Hurriyyet.Az 32gun.az-a istinadla xəbər verir ki, Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olan ümummilli liderimiz Heydər Əliyevin portretinin bu vəziyyətdə qalması təhsil ocağının ictimai simasına yaraşmadığı kimi, ali məktəbin ümumi görüntüsünə də kölgə salır.
Təhsil müəssisəsinin binasında yerləşdirilən lövhədə “Təhsil millətin gələcəyidir” şüarı yer alsa da, görünən mənzərə bu şüarla ziddiyyət təşkil edir.
Qeyd edək ki, Odlar Yurdu Universitetinin rektoru sabiq deputat Əhməd Vəliyevdir. Onun oğlu, hazırkı deputat Samir Vəliyev universitetin İdarəetmə Şurasının sədridir. Digər oğlu Münir Vəliyev isə ali təhsil ocağında I prorektor vəzifəsini icra edir.
Nilay Özsöz
Baxış sayı:44
Bu xəbər 29 Oktyabr 2025 07:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















