Deputat Səbinə Salmanova 2 fevral gənclər günü ilə bağlı paylaşım edib Yeni Gündəm
Yenigundem portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Milli Məclisin deputatı Səbinə Salmanova 2 fevral gənclər günü ilə bağlı paylaşım edib.
Əziz gənclərimiz!
Sizləri 2 fevral – Azərbaycan Gəncləri Günü münasibətilə təbrik edir, hər birinizə möhkəm cansağlığı, firavan həyat, dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi altında yeni-yeni uğurlara imza atmağınızı arzulayıram.
Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti hazırda Prezident İlham Əliyevin diqqət və qayğısı ilə yeni inkişaf mərhələsini yaşayır. Ölkəmizdə gənclərimizin hərtərəfli inkişafı, yüksək təhsil alması və sağlam həyat tərzi keçirməsi üçün bütün imkanlar yaradılıb. Dövlətimizin qayğısına cavab olaraq sizlər hər bir sahədə fəallıq göstərərək ölkəmizin tərəqqisinə mühüm töhfələr verirsiniz.
Ölkəmizdə həyata keçirilən gənclər siyasətində milli və dövlətçilik maraqlarının prioritet olması 44 günlük Vətən müharibəsində həlledici rol oynadı. Müharibədə əsas missiyanı məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərimiz yerinə yetirdilər. Vətən müharibəsi zamanı Azərbaycan gəncləri hərbi komissarlıqlara gedərək könüllü şəkildə Vətənimizin müdafiəsinə qalxdılar. Bununla da, ölkəmizin işğal altında olan torpaqlarının hamısının düşməndən azad edilməsində yaxından iştirak etdilər. Bu gün biz şəhid və qazilərimizin sırasına, azad olunan ərazilərimizlə bağlı medallarla təltif edilənlərin siyahısına baxanda görürük ki, onların əksəriyyəti Azərbaycan gəncliyidir.
Əminəm ki, Azərbaycan gəncliyi bundan sonrakı dövrdə də ölkəmizin daha da güclənməsi, inkişafı üçün əlindən gələni edəcək və Prezident İlham Əliyevin ətrafında sıx birləşəcək.
Bu əlamətdar gün mümasibətilə sizləri bir daha ürəkdən təbrik edir, hər birinizə möhkəm cansağlığı, xoşbəxtlik, şəxsi həyatınızda uğurlar arzulayıram!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:108
Bu xəbər 02 Fevral 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















