Icma.az
close
up
RU
Deputat seçicilərinə hesabat verdi

Deputat seçicilərinə hesabat verdi

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov təmsil etdiyi dairə üzrə gördüyü işlərlə bağlı 2025-ci ilin payız sessiyasını əhatə edən hesabat təqdim edib.
Ceyhun Məmmədov qeyd edib ki, təmsil etdiyi dairənin seçicilərinin Respublikanın 54 rayonunda olmasına baxmayaraq, seçicilərinin yanında olmağa, onların problemləri ilə yaxından maraqlanmağa, müraciətləri qısa zaman ərzində aidiyyatı qurumlara yönləndirməyə və həlli üçün lazımi tədbirlər görməyə çalışıb. 
Deputat bildirib ki, bu məqsədlə müntəzəm olaraq səyyar görüşlər keçirilib, onlayn platformalar üzərindən vətəndaş müraciətləri qəbul edilib, həmçinin fərdi və kollektiv şəkildə müraciət edən hər bir seçiciyə diqqət və qayğı ilə yanaşılıb. 
Millət vəkili həmçinin, televiziya kanallarında, sosial şəbəkələrdə ölkədə baş verən hadisələrlə bağlı münasibət bildirməyin, şəhid ailələri ilə sıx əlaqədə olmağın, gənclərin maarifləndirilməsi yolunda təşkil edilən tədbirlərə qatılmağın fəaliyyətinin ən vacib istiqamətlərindən olduğunu qeyd edib. O vurğulayıb ki, bu fəaliyyətlər cəmiyyətlə birbaşa ünsiyyətin, ictimai etimadın möhkəmlənməsinin və vətəndaş-dövlət münasibətlərində qarşılıqlı məsuliyyətin bariz nümunəsidir.
Hesabat dövründə deputata ümumilikdə 73 yazılı, 143 şifahi, sosial şəbəkələr vasitəsilə isə 167 müraciət daxil olub. Müraciət edən hər bir şəxslə əlaqə yaradılıb, problemləri diqqətdə saxlanılıb, aidiyyəti qurumlara müraciətlər ünvanlanıb. Müraciətlərin əksəriyyəti sosial rifah, məşğulluq, təhsil, mənzil və məcburi köçkünlərin problemləri ilə bağlı olmuş, müvafiq dövlət qurumları ilə birgə şəkildə operativ tədbirlər görülüb. 
Ceyhun Məmmədov bundan sonrakı fəaliyyəti dövrlərində də daim seçicilərlə bərabər olacağını, onların problemlərinin həlli yolunda lazımi addımlar atacağını və onlarla birgə uğurlu nəticələrə nail olacağını bildirib. Deputat əlavə edib ki, qarşıdakı illərdə də əsas məqsəd seçicilərin məmnunluğuna və sosial rifahına yönəlmiş fəaliyyətin davam etdirilməsi olacaq.
Ceyhun Məmmədov seçicilərinə verdiyi hesabata dair məlumatı daha geniş formada sosial şəbəkədə paylaşıb.
 

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://modern.az
archiveBu xəbər 02 Fevral 2026 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Türkiyə böyük hesabla məğlub oldu

29 Sentyabr 2026 01:02see147

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

29 Sentyabr 2026 03:17see147

Azərbaycanda kimlər aylıq müavinət ala bilər? SİYAHI

28 Sentyabr 2026 19:33see147

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri