Süd məhsulları alarkən bu məqama diqqət edin
Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Yağlı süd məhsullarının qəbulu mütləq çəki artımına səbəb olmur. “Nutrition Reviews” jurnalında dərc olunan sistematik icmal və meta-analizin müəllifləri süd məhsullarının, o cümlədən adi yağlılıq dərəcəsinə malik məhsulların çox istehlakı ilə qarın nahiyəsində piylənmə riskinin artması arasında əlaqə aşkar etməyiblər”.
Bizim.Media xəbər verir ki, bu barədə “Gazeta.Ru”ya tibb elmləri namizədi, həkim və bariatrik cərrah Aleksandr Neymark məlumat verib.
Mütəxəssisin sözlərinə görə, arıqlamaq istəyən şəxslərin yağlı süd məhsullarından tamamilə imtina etməsinə ehtiyac yoxdur. Belə ki, adi kəsmik və ya yoqurtu mütləq yağsız alternativlərlə əvəzləmək vacib deyil. Əsas məsələ ümumi qidalanma rejimi, porsiyaların ölçüsü və gün ərzində qəbul edilən kalorilərin miqdarıdır.
Süd məhsulları orqanizmin ehtiyac duyduğu zülal, kalsium və digər vacib maddələrlə zəngindir. Zülal arıqlama zamanı əzələ kütləsinin qorunmasına kömək edir, həmçinin toxluq hissini artırır.
Bununla belə, məhsulun yağlılıq dərəcəsi onun kaloriliyinə təsir göstərir. Məsələn, yağlı pendir və qaymaq bəzi azyağlı alternativlərlə müqayisədə daha çox kalori ehtiva edir. Lakin yağlar orqanizmdə yalnız enerji mənbəyi kimi deyil, həm də bir sıra mühüm fizioloji proseslərdə iştirak edir.
Bu səbəbdən məhsul seçərkən yalnız yağlılıq faizini deyil, onun tərkibini, porsiyanın ölçüsünü və ümumi qidalanma rejiminə uyğunluğunu da nəzərə almaq lazımdır.
Həkim vurğulayıb ki, piylənmə problemi olan şəxslər daha sürətli arıqlamaq məqsədilə çoxsaylı qida məhsullarını özbaşına rasiondan çıxarmamalıdırlar. Qidalanma tamdəyərli olmalı, kifayət qədər zülal, lif və orqanizm üçün zəruri digər maddələri ehtiva etməlidir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:114
Bu xəbər 14 Noyabr 2026 15:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















