Icma.az
close
up
RU
Deputat: Sülh müqaviləsinin mətni Azərbaycan tərəfindən hazırlanıb

Deputat: Sülh müqaviləsinin mətni Azərbaycan tərəfindən hazırlanıb

Oxu.az saytına istinadən Icma.az xəbər verir.

"Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında Ağ Evdə, Prezident Donald Trampın iştirakı ilə keçirilən görüşdə regiona üç onillikdən sonra sülh, sabitlik və firavanlıq gətirəcək tarixi sənəd - üçtərəfli, Birgə Bəyannamə imzalandı. Bu sənədin özü qədər, Vaşinqton formatı da regionda diplomatik balansın dəyişməsi deməkdir".

Bunu Oxu.Az-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

"Tramp qeyd edir ki, bir çox dövlət, təşkilat, rəhbər bu iki ölkə arasında sülhə nail olunmasına çalışıb: ATƏT, Avropa İttifaqı, "yuxulu" Bayden. Ancaq heç bir dövlət, qurum, heç bir Ağ Ev rəhbəri bu sülhdə vasitəçi olmağa və bunu həqiqətən gerçəkləşdirməyə nail ola bilməyib.

Görüşdə diqqətçəkən məqamlardan biri Prezident Trampın bu sülhə nail olunmasında oynadığı böyük rolun və dəstəyin qarşılığı olaraq, ona ehtiram əlaməti olaraq, Trampın Prezident İlham Əliyev tərəfindən səsləndirilən təkliflə Nobel Sülh mükafatına namizəd kimi göstərilməsi oldu. Dövlət başçımızın təklifi əsasında Ermənistanla birgə mükafat komitəsinə müvafiq məktubun ünvanlanacağı bəyan edildi. Ən mühüm məqam isə odur ki, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş" artıq xarici işlər nazirləri səviyyəsində paraflanıb. Bu, mətn üzərində razılığın əldə olunması deməkdir, lakin imzalanma və ratifikasiya hələ qarşıdadır. Yəni sənəd hələ hüquqi qüvvə qazanmayıb, amma prosesdə dönüş nöqtəsidir.

Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın Birgə Bəyannamənin arxasında dayanması, ABŞ Prezidentinin isə buna şahidlik etməsi beynəlxalq legitimlik baxımından tarixi dönüş nöqtəsi idi", - deputat vurğulayıb.

Parlamentari əlavə edib ki, iki ölkənin ATƏT-ə birgə müraciət etməsi 30 ildən artıq davam etmiş, lakin real nəticə verməmiş vasitəçilik mexanizminin rəsmi olaraq sona çatması deməkdir:

"Bu, çox böyük diplomatik irəliləyişdir. Bəyannamədə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz keçidin təmin edilməsi xüsusi vurğulanır. Bu isə Prezident İlham Əliyevin dəfələrlə vurğuladığı "Zəngəzur dəhlizi açılacaqdır" diktəsinin reallaşması deməkdir. Zəngəzur yolunun maneəsiz keçid olaraq açılması və dünya lideri Trampın bu yola qarant olması üç ölkə, region üçün, hətta Asiya və Avropa üçün yeni dividendlər gətirəcək. Birgə Bəyannamə ilk növbədə "qarşılıqlı fayda" prinsipinə əsaslanır, bu isə hər iki tərəfin siyasi cəhətdən qəbul edə biləcəyi formul kimi görünür".

"Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" adlı bağlantı layihəsi yeni diplomatik brenddir, adın birbaşa Donald Tramp ilə bağlanması onun prosesdə zəmanətçi olmasını simvolizə edir. Hesab edirəm ki, bu, həm siyasi, həm də infrastruktur xarakterli nəhəng bir layihədir və iqtisadi cəhətdən çox böyük potensiala malikdir. Bu isə ilk növbədə, Azərbaycan xalqının sosial müdafiəsinin möhkəmləndirilməsinə, insanların rifah halının daha da yaxşılaşdırılmasına xidmət edəcək.

Bəyannamə beynəlxalq sərhədlərin toxunulmazlığı, güc tətbiqi ilə ərazi əldə etmənin yolverilməzliyi kimi prinsipləri qəbul edir. Bu isə Sülh gündəliyinin banisi Prezident İlham Əliyevin Ermənistan tərəfinə təqdim etdiyi sülh müqaviləsinin əsasını təşkil edən prinsiplərdən biridir. Bu prinsiplər bir-birinin suverenliyinin, ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının tanınması, bir-birinə qarşı ərazi iddiası ilə çıxış etməmək, bir-birinə qarşı güc tətbiq etməmək, güc tətbiqi ilə hədələməmək, sərhədlərin demarkasiyası və delimitasiyası, diplomatik münasibətlərin qurulması və kommunikasiyaların açılmasıdır.

Sülh müqaviləsinin mətni də məhz Azərbaycan tərəfindən hazırlanıb və bunu erməni mətbuatı da təsdiqləyir. Birgə Bəyannamə həm revanşist yanaşmaların qarşısını almağa yönəlmiş siyasi mesajdır, həm də gələcəkdə sülhün davamlılığı üçün möhkəm baza yaradır. Qarabağdan köçmüş ermənilərin geri qayıdışına gəlincə, bu barədə Oval ofisdə bir jurnalist tərəfindən ünvanlanan suala Paşinyan mikrofonu yandırsa da, həmin sualı cavabsız qoyub. Bu o deməkdir ki, bu məsələ sülhün bir komponenti deyil və müzakirə mövzusu deyil. Bəli, 2023-cü il antiterror əməliyyatına qədər Ermənistan sülh müqaviləsinin layihəsinə Qarabağda yaşayan erməni sakinlərin məsələsinə dair bəndin salınmasını təkid edirdi. Azərbaycan isə bu məsələdə prinsipial olaraq vurğulayırdı ki, ölkənin daxili məsələsi dövlətlərarası sənədin subyekti ola bilməz. Diktə edilən qəbul edildi", - Vəliyeva vurğulayıb.

Millət vəkili onu da diqqətə çatdırıb ki, tərəflər bu görüşün "möhkəm təməl" yaratdığına əmin olduğunu bəyan etdi:

"Ötən gecə bütün Azərbaycan xalqı, əminəm ki, tarixi anları izləmək üçün ayaqda idi. Donald Trampa ölkə rəhbərinin uzun illərdir ki, ədalətli sülhü gözləyən Azərbaycan xalqı adından da təşəkkürü əlamətdar oldu.

Vaşinqton bu mərhələdə yalnız vasitəçi deyil, həm də prosesin uğuruna siyasi kapital qoyan tərəf mövqeyindədir. Bu, həm də ABŞ-nin Cənubi Qafqaz siyasətində yeni fəallıq mərhələsinin başlanğıcını qoydu".

Mərahim Nəsib

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 09 Avqust 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri