Icma.az
close
up
RU
“Sülh müqaviləsinin ratifikasiyasnda böyük problem yaranacaq”: DEPUTAT

“Sülh müqaviləsinin ratifikasiyasnda böyük problem yaranacaq”: DEPUTAT

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

"Azərbaycan Prezidenti cənab İlham Əliyev Ermənistanın siyasi dairələri haqqında danışarkən "revanşistlər" ifadəsini heç də təsadüfən işlətmədi. O, onları aktiv və passiv revanşistlərə bölməklə mühüm bir məqama diqqət çəkdi. Aktiv revanşistlər bu gün Ermənistanın hökumət dairələrində təmsil olunur, silahlanmanı sürətləndirməklə məşğuldur və sülh müqaviləsi mövzusunu yalnız bir alət kimi istifadə edir". 

Bu sözləri "Cebheinfo.az"-a açıqlamasında millət vəkili Rizvan Nəbiyev bildirib. O qeyd edib ki, "revanş" sözü fransız mənşəlidir və qisas almaq, məğlubiyyətin əvəzini çıxmaq anlamına gəlir: 

"Bu anlayış xüsusilə 1870–1871-ci illər Prusiya-Fransa müharibəsindən sonra Fransada formalaşan ekstrem millətçi siyasi cərəyanla əlaqələndirilir. Həmin dövrdə Fransanın əsas məqsədi müharibədəki məğlubiyyətin əvəzini çıxmaq və Elzas-Lotaringiyanı geri almaq idi. Beləliklə, revanşizm – siyasi və ya hərbi məğlubiyyətin əvəzini güc tətbiqi ilə çıxmaq ideyasına əsaslanan bir siyasi mövqedir. Bu yanaşma əldə olunmuş sülh müqavilələrinin şərtlərini ləğv etmə cəhdlərini də əhatə edir. Məhz bu baxımdan, Ermənistanın hazırkı siyasi düşərgəsi haqqında danışarkən Prezident İlham Əliyev haqlı olaraq onları aktiv və passiv revanşistlərə bölür". 

Millət vəkili vurğulayıb ki, bu gün aktiv revanşistlər real sülh istiqamətində heç bir konkret addım atmırlar: 

"Bu kontekstdə artıq de-fakto funksiyasını itirmiş ATƏT-in Minsk Qrupunun de-yure ləğvi məsələsində də Ermənistan tərəfindən heç bir fəallıq müşahidə olunmur. Minsk Qrupu de-yure ləğv olunmadan sülh müqaviləsinin imzalanması və onun implementasiyası zamanı ciddi çətinliklər ortaya çıxa bilər. Bundan əlavə, qeyd etmək lazımdır ki, ATƏT-də qərarlar konsensus əsasında qəbul olunur. Yəni, Ermənistan və Azərbaycan da daxil olmaqla bütün üzv dövlətlərin razılığı tələb olunur. 

Əgər bu ölkələrdən biri – istər Ermənistan, istərsə də başqa bir dövlət – Minsk Qrupunun ləğvinə razılıq verməzsə, gələcəkdə bu strukturun Ermənistan tərəfindən siyasi təzyiq aləti kimi istifadə riski qalır. Bu da regional sabitliyə potensial təhlükə yaradır”. Millət vəkili hesab edir ki, bütün bu reallıqları nəzərə alaraq, Azərbaycanın Minsk Qrupunun ləğvi ilə bağlı tələbi tam əsaslı və beynəlxalq hüquqa uyğundur:

"Əgər Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyıbsa, münaqişənin həll olunduğunu qəbul edibsə və Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu təsdiqləyibsə, onda artıq mandatını itirmiş Minsk Qrupunun saxlanmasının heç bir mənası yoxdur". 
Rizvan Nəbiyev ikinci mühüm məsələnin Ermənistan Konstitusiyasında Azərbaycana qarşı irəli sürülmüş ərazi iddiasının hələ də qüvvədə qalması olduğunu bildirib: 

"Bu iddia aradan qaldırılmadığı müddətdə Ermənistanla Azərbaycanın imzalayacağı hər hansı bir sülh müqaviləsinin ratifikasiyası böyük problemlərlə üzləşəcək. Əgər bu müqavilə Ermənistan Konstitusiyasına ziddirsə, onun həyata keçirilməsi sual altındadır. Bütün bunlar onu göstərir ki, Azərbaycan Respublikasının irəli sürdüyü tələblər həm beynəlxalq hüquqa, həm də siyasi reallıqlara tam uyğundur. 

Prezident İlham Əliyevin nümayiş etdirdiyi prinsipial mövqe sayəsində Azərbaycan öz torpaqlarını işğaldan azad etdi. Bu gün isə həmin işğalın nəticələrinin aradan qaldırılması istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət həyata keçirilir. Unutmaq olmaz ki, bu prosesin uğurla başa çatması təkcə Azərbaycanın deyil, Ermənistanın da inkişaf maraqlarına xidmət edir. Çünki bu, regionda uzunmüddətli sülh və sabitliyin bərqərar olması üçün əsas şərtlərdən biridir”. 

Səbinə Uğur 
"Cebheinfo.az"

Açar sözlər: Sülh müqaviləsi ratifikasiya Mins qrupu Rizvan Nəbiyev

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:113
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Aprel 2025 11:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see257

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see236

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see162

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see156

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see151

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see148

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see146

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see145

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see144

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see139

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri