Deputat: Yeni qanun layihəsi qəbul olunandan sonra boşluqlar aradan qalxacaq
Icma.az bildirir, Oxu.az portalına istinadən.
Milli Məclisin Əmək və sosial siyasət komitəsində "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirə edilib.
Oxu.Az xəbər verir ki, komitənin üzvü Nigar Məmmədova iclas zamanı çıxış edərək bu istiqamətdəki boşluqlardan danışıb.
"Bu istiqamətdə uzun müddət müəyyən boşluqlar görmüşük. Burada da istər sığorta şirkətləri, istəmə məhkəmə orqanları, istərsə də tibbi komissiyalar tərəfindən fikir ayrılıqları mövcud olub. Bu qanun layihəsi qəbul olunandan sonra boşluqlar aradan qalxacaq", - deyə deputat bildirib.
Onun sözlərinə görə, qaydalar gələcəkdə operativliyi təmin edəcək:
"Bu gün dövlət orqanlarında rəqəmsallaşma və elektornlaşma geniş vüsət alır. Bu baxımdan da tibbi komissiyalar tərəfindən verilən qərarların da rəqəmsallaşmasını da məqsədə müvafiq sayıram. Çünki bu qərarlar tibbi komissiyalar tərəfindən nə qədər tez rəqəmsallaşsa, vətəndaşların məmnunluğuna gətirib çıxaracaq, həm işə götürənin məsuliyyətini artıracaq, həm vətəndaşın məmnuniyyətini artıracaq, həm də şəffaflığı artıracaq. Çünki vətəndaş prosesi izləyə biləcək".
Mərahim Nəsib
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 16 Oktyabr 2025 14:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















