Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

Deputata qarşı şantaj və ya Razi Nurullayevin “sifarişli hədəf”ə çevrilməsi

Deputata qarşı şantaj və ya Razi Nurullayevin “sifarişli hədəf”ə çevrilməsi

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

Son günlər Milli Cəbhə Partiyasının (MCP) sədri, Milli Məclisin deputatı Razi Nurullayev sifarişlə şantaj edilir. Təbii ki, şantajın arxasında hansı məqsədin dayandığı da məlumdur. “Peşəkar şantajçılar” bu üsullarla çox əməllər törədirlər. Alırlar, yazırlar və imiclərini itirirlər...

Razi Nurullayevlə bağlı şantajın ilk əlamətləri ondan görünür ki, informasiyanı yayan şəxs və ya media orqanı rəsmi məlumat aldıqdan sonra belə fikrindən dönmür, təkzib vermir.

Rəsmi məlumatda belə bu məsələnin deputata aidiyyatının olmadığı, adının heç bir yerdə keçmədiyi bildirilir. Lakin “kor tutduğunu buraxmır”.
Deməli, məqsəd aydındır...Çamur at, şantaj elə prinsipi...

İddia olunan məsələdə adı çəkilən adam Razi Nurullayevin özü yox, köməkçisi Vüqar Süleymanov da yox, onun atasıdır. Başqa bir şəxslə bağlı məsələyə görə adı keçməyən, əlaqəsi olmayan şəxs niyə məsuliyyət daşımalıdır ki?

İmişli rayonunun Nurulu kəndində də, başqa bir kəndində də kimsə nəsə tikdirə, deputat olaraq isə Razi Nurullayev həmin şəxsləri tanıya bilər. İndi nə etməlidir? Səlahiyyətinə aid olmayan bir məsələ ilə məşğul olmalı və ya o ərazini qorumalıdır? Ya buldozer aparıb, söküntü işlərinə rəhbərlik etməlidir?

Təbii ki, o ərazidə qanunsuz nəsə edilibsə, müvafiq qurumlar müdaxilə də edəcək, əncam da çəkəcək. Amma kiminsə marağı naminə yox, qanunun tələbinə görə...

Xatırlatma üçün qeyd edək ki, sözügedən ərazi Qulubəyli kənd sakini Süleymanov Yavər Abduləli oğlunun icarəsindədir və o şəxs Y. Süleymanov 09 aprel 2025-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Beyləqan ərazi şöbəsi tərəfindən keçirilmiş hərracda qalib gələrək Muradalılı bələdiyyəsinə məxsus 20 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini illik icarəyə götürüb, 12 aprel 2025-ci ildə 3M-78 nömrəli icarə müqaviləsi bağlayəb, 02 may 2025-ci il tarixində isə çıxarış alıb. Ərazidə təmizlik işləri apararkən isə bir neçə yulğun ağacını çıxardığı üçün 17 iyul 2025-ci il tarixdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən akt tərtib olunub, MN № 2364384 nömrəli İnzibati Xəta haqqında protokol yazılıb və Y. Süleymanovun 2000 manat məbləğində cərimə edilib, 3760 manat dəymiş ziyanın ödənilməsi barədə qərar qəbul edilib. Bu məlumat İmişli rayon İcra Hakimiyyətindən bildirilib.

İndi Razi Nurullayev nə etsin? Yaxından, uzaqdan əlaqəsi olmayan bir məsələ ilə bağlı, dövlət orqanları tədbir gördükləri bir məsələ ilə bağlı hansı məsuliyyəti daşısın?

“Bənzətmədə qüsur olmaz” deyiminə istinad edərək burada bir misal yerinə düşər.

2020-ci ildə elə İmişlinin həbs olunmuş icra başçısı Vilyam Hacıyevin oğlu bir il sonra isə Vilyam Hacıyevin oğlu Qubadlı rayon Prokurorluğuna müstəntiq təyin olundu. İndi o vətəndaş işləməməlidir ki, atası həbs olunub?

Razi Nurullayev siyasi fəaliyyətində şəffaflıq, qanunçuluq və seçicilərə xidmət prinsiplərini əsas tutan deputatlardan biridir. Onun deputat kimi fəaliyyəti təkcə parlamentdəki çıxışları ilə məhdudlaşmır – o, mütəmadi olaraq seçicilərini dinləyir, təmsil etdiyi seçki dairəsinə səfər edir, əhalinin sosial problemlərin həlli üçün aidiyyəti qurumlarla iş aparır.

İmişli sakinlərinin də yaxşı tanıdığı Razi Nurullayev bu günə qədər öz şəxsi maraqlarını deyil, cəmiyyətin və seçicilərinin maraqlarını müdafiə edib. Onun adı indiyədək korrupsiya, torpaq zəbt etmə və ya hər hansı qanunsuz əməllə hallanmayıb. Hər hansı bir biznesinin də olmadığı bəllidir. Əksinə, müxtəlif sosial layihələrdə fəal iştirakı, əhalinin müraciətlərinə çevik reaksiya verməsi ilə seçilib.

Razi Nurullayevin də hədəfə gətirilməsi isə sadəcə sifariş və şəxsi maraqlara yönəlik fürsətçilikdir. Bu tip xəbərlərin dəqiqləşdirilmədən, yalnız reytinq, klik xatirinə və ya bununla hər hansı formada nəsə əldə etmək üçün tirajlanması isə cəmiyyətdə hər zaman əks effekt yaradıb, sifariş verən, onu icra edənlərin özlərini hədəfə gətirir...

Bu fürsətcillər sırasında jurnalist və ya media orqanın olması çox təəssüfləndirici haldır...

Vilayət Muxtar
“Cebheinfo.az”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 15 Avqust 2025 14:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see304

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see272

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see271

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see253

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see246

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see233

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see228

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see226

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see221

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see218

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see214

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see205

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see198

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see191

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see187

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see186

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see180

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see180

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see173

Robot kosmosda ilk dəfə müstəqil şəkildə konstruksiya qurdu

10 Noyabr 2026 06:54see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri