Icma.az
close
up
RU
Deputatdan yeni qanun təklifi: Linçləmə qərarlara təsir edir

Deputatdan yeni qanun təklifi: Linçləmə qərarlara təsir edir

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Qanunvericilikdə informasiya azadlığı ilə yanaşı, peşəkar fəaliyyətin qorunması, faktların təsdiqi və məsuliyyət balansı da dəqiq şəkildə nəzərə alınmalıdır.

Ölkə.az xəbər verir ki, bunu deputat Rəşad Mahmudov parlamentin bugünkü plenar iclasında “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna dəyişikliyin ikinci oxunuşda müzakirəsi zamanı deyib.

O qeyd edib ki, tənqid, müzakirə mümkündür, amma ittiham yalnız sübuta əsaslanmalıdır:

“Son dövrlər internet resurslarında və sosial şəbəkələrdə əsassız, təsdiqini tapmayan məlumatların konkret tibb müəssisələrinin və həkimlərin adları çəkilməklə yayılması ciddi problemlər yaradır. Bu cür paylaşımlar nə hüquqi araşdırmaya, nə də tibbi ekspertizaya əsaslanır, lakin cəmiyyətə fakt kimi təqdim olunur. Nəticə etibarilə həkimlər peşəkar reputasiya riski ilə üz-üzə qalır, hüquqi təzyiq qorxusu formalaşır və ən təhlükəlisi ağır, riskli və yüksək məsuliyyət tələb edən xəstəliklərdən, tibbi müdaxilələrdən yayınma meyli yaranır. Bu isə artıq təkcə həkimin deyil, birbaşa pasiyentin və bütövlükdə səhiyyə sisteminin ziyanına işləyir.

Unutmamalıyıq ki, tibb sahəsi emosional manipulyasiyalara və ictimai linç mexanizmlərinə ən həssas sahələrdən biridir. Burada səhv və ya təhrif olunmuş informasiya sadəcə imic məsələsi deyil, real klinik qərarlara təsir edən ciddi amildir”.

Deputatın fikrincə, informasiya yayımı zamanı peşəkar fəaliyyət qorunmasa, cəmiyyətdə həkimi riskdən qaçan, ağır məsuliyyətdən çəkilən mövqeyə sürükləmiş olarıq. Bu isə heç kimin marağında deyil:

“Təklif edirəm ki, bu qanunun ikinci oxunuşunda bu aspekt ayrıca nəzərə alınsın və tibb sahəsinə münasibətdə əsassız məlumatların yayılmasının qarşısını alan daha aydın və effektiv hüquqi mexanizmlər formalaşdırılsın”.

Mürtəza

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://olke.az
archiveBu xəbər 26 Dekabr 2025 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri