Deputatın və Sumqayıt rəsmilərinin iştirakı ilə açılan söhbətgah gündəm oldu Video
Yeniavaz saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
26 aprel 2025-ci il tarixində Sumqayıt şəhərinin 9-cu mikrorayon ərazisində, 20 və 21-ci binaların qarşısında məhəllə sakinləri üçün yeni istirahət guşəsi (söhbətgah) istifadəyə verilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Tahir Mirkişili sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilib ki, layihə sakinlərin müraciəti, Tahir Mirkişilinin təşəbbüsü və Sumqayıt şəhər İcra Hakimiyyətinin və “Qartal” Tikinti Şirkətinin dəstəyi ilə həyata keçirilib.
“Görüşdə Milli Məclisin deputatı Tahir Mirkişili, “Qartal Tikinti Şirkəti”nin rəhbəri Şahin Məmmədov, YAP Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, şəhər İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar və yerli sakinlər iştirak ediblər”, - deputatın yaydığı məlumatda bildirilir.
Söhbətgahın təmtəraqlı açılış mərasimi sosial şəbəkələrdə müzakirələrə və tənqidlərə səbəb olub.
Deputat dərc etdiyi məlumata görə onu qınayanlardan birinə belə cavab verib:
“Bunu bir iş adamı edib sakinlər üçün, biz də gəlib ona təşəkkür etmişik. Bizim üçün sakinlərin rahatlığı, sahibkarların sosial təşəbbüskarlığı önəmlidir. Yoxsa hər bir təşəbbüs göstərən sahibkarı qaralayıb, onu ruhdan salmaqla nə əldə edəcəyik ki?”
Bu mövzuda digər xəbərlər:Deputatın qəribə rəqsi gündəm oldu VİDEO
11 Oktyabr 2025 11:42
Deputatın ad günüdür Yeni Gündəm
29 Yanvar 2025 11:17
“Sumqayıt” məğlub oldu VİDEO
10 Noyabr 2024 19:22
Lerikdə icra başçısı və deputatın iştirakı ilə səyyar görüş keçirilib
26 Noyabr 2024 10:59
Deputatın besedka açılışı tənqid olunub Video
28 Aprel 2025 15:48
Baxış sayı:102
Bu xəbər 28 Aprel 2025 15:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















