Icma.az
close
up
RU
Deputatlara nə olub? Problemi olan insanları da təəccübləndiriblər

Deputatlara nə olub? Problemi olan insanları da təəccübləndiriblər

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Milli Məslisin plenar iclaslarında 2025-ci ilin büdcə layihələrinin müzakirəsi zamanı çıxışlar rezonans doğurub. Məsələn, Siyavuş Novruzov deyir, özünüməşğulluq proqramı ilə kəndliyə iki inək verirlər, o da qapıdan girəndən üç gün sonra ölür. Sonra əlillik təyinatına toxunub, müraciətlərin olduğunu qeyd edib. 

Digər deputat Səyyad Aran (Salahlı) Vətən müharibəsi veteranlarına 80 manat məbləğin verilməsinə diqqət çəkir. Bunu "ayıb" adlandırır. Səyyad Aran parlamentə ikinci qayıdışını edir, elə bilir, 1995-2000-ci illərdir, hay-küy dövrüdür. Yaxşı ki, sonradan anladı: "Camaatın vəziyyəti çox yaxşıdır, yaxşı qazanmaq da olur, sadəcə, tənbəldirlər". Fikrinə düzəliş etməyə çalışıb, yenə də...

Nadir hallarda çıxış edən Jalə Əliyeva da sosial problemləri gündəmə gətirib. İşsizlik, əlillik təyinatı və s. 

Bu deputatların çıxışları insanların problemlərini unutdurub. Təəccüblənirlər ki, bunlara nə olub? Maraqlı sualdır, bu deputatlara nə olub? Necə olur, illərlə danışmayan və yaxud danışsa da tamam başqa mövzulara toxunanlar indi birdən-birə sosial məsələlərlə ortaya çıxdılar? Bu, suyu vedrə ilə ölçmək məsələsi deyil, daha ciddidir. Ona görə çıxış etməmişdən əvvəl düşünmək lazımdır. Narahatlığınız xalqın problemləridir, yoxsa? "TikTok" trendinə düşməyə niyə çalışırsınız? Parlament ciddi orqandır, söz döyüşü meydanı deyil ki. Doğrudur, Milli Məclis ali tribunadır, elə əsas problemlər də burada dilə gətirilməlidir. Sui-istifadə etmək yolverilməzdir. Bilirsiniz, deputat səsləndirdiyi fikrə görə məsuliyyət daşımır, amma gərək o da məsuliyyətini özü hiss etsin, araşdırma aparsın, belə olan halda daha çox fayda görmək olar. Həm də qanunlara düzəliş etməli orqan elə Milli Məclisdir. Siyavuş Novruzov bilməlidir ki və bilir də, fikirlərini önəmli məsələnin müzakirəsi zamanı pərakəndə söyləməkdənsə, təklif formasında yazılı təqdim etmək daha doğrudur. Həm də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi icraedici orqandır, Sahil Babayevlə mübahisənin nə anlamı var? Nazirlik qəbul olunan qanunlar çərçivəsində işlər həyata keçirir. Əlillik təyinatı ilə bağlı qaydaları və ya veteranlara verilən müavinəti Sahil Babayev müəyyən etməyib ki... Uzun illərin mandat daşıyıcısı belə çıxışlar zamanı diqqətli olmalıdır axı.

Hələ "lal deputat" Jalə Əliyevanın çıxışı isə bir başqa aləmdir. Onun çıxışı kabab məsələsi qədər qeyri-səmimi görünür. Deyirdi, ailəlikcə qurban kəsmirlər, amma əvəzinə ianələr verirlər. Sosial şəbəkə istifadəçiləri onun illər əvvəl paylaşaraq üzərinə yazdığı “Nabrana ailəlikcə istirahətə getmişdik. 25 nəfərlik nümayəndə heyətinə kababı mən çəkdim” fotosunu yaydılar, müqayisə apardılar. Ziddiyyəti gördünüzmü? Parlamentdə etdiyi çıxış da bu cürdür. Seçicilər arasında sorğu keçirin, maraqlanın ki, deputatlarını nə vaxt görüblər? Təbii ki, yalnız seçkilərdə. Xalq hər şeyi görür, populizm nəyə lazımdır? Radikal müxalifət heç bu cür "hücum"a keçmir.

Qarabağda abadlıq-quruculuq işləri həyata keçirilir, minlərlə məcburi köçkün ata-baba yurduna qayıdıb, bundan əlavə, həssas təbəqədən olan insanların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində addımlar atılır... Bunları görmürsünüz? Hökumətə dəstək vermək əvəzinə biri "yapçı", digəri "bitərəf" qiyafəsində ortaya çıxır, başlayır baltalamağa... Hər bir deputat ümumi deyil, konkret məsələlərlə bağlı, yəni seçicilərinin problemlərini müvafiq strukturlar qarşısında qaldırsa, daha faydalı olar. O deputatların nəsə problemləri var, amma səsləndirdiyi məsələlərə görə deyil. Dəqiq!

Kənan Mirzəyev

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://pravda.az
archiveBu xəbər 28 Noyabr 2024 12:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniyanın Moers şəhərində media nümayəndələri ilə Azərbaycanın təbliğinə dair görüş keçirilib

04 İyun 2025 19:12see238

Əbülfət Mədətoğlu: 21 günün ŞEİRİ

05 İyun 2025 10:48see139

Yaxın gələcəkdə üçtərəfli danışıqlar olmayacaq

03 İyun 2025 15:47see119

Anar Ələkbərov Yaponiyada Nazirlə görüş olub + FOTOLAR

03 İyun 2025 15:26see116

Çelsi Sançodan imtina etdi

03 İyun 2025 15:37see115

Nail 12 kiloqram arıqlayıb

04 İyun 2025 21:30see115

Nadir xəstəlik səbəbindən daim ölü balıq qoxusu verir FOTO

04 İyun 2025 01:19see112

Çelsi qapıçılarını satır

04 İyun 2025 09:25see111

Fizika qanunlarına meydan oxuyan top: Şaquli divarda yuvarlanır, amma yerə düşmür

05 İyun 2025 03:20see111

Settar Kaya: Qərbi Azərbaycana qayıdış hüququna məhəl qoymamaq və ya onu təxirə salmaq olmaz

04 İyun 2025 11:22see111

Naringi yeyən qadın boğulub öldü

03 İyun 2025 17:36see111

Deyirlər, Kölndə yenə bomba tapılıb...şəhər boşaldılır?...

03 İyun 2025 21:05see110

Qlobal ticarət müharibəsi gerçəkləşir ANALİTİK

04 İyun 2025 15:52see110

“Hörümçək toru” təkrarlana bilər

03 İyun 2025 22:03see109

Cənubi Koreyanın yeni prezidenti Li Jae Myonq vəzifəsinin icrasına başlayıb YENİLƏNİB

04 İyun 2025 04:15see109

Azərbaycanın Əməkdar jurnalisti vəfat etdi

04 İyun 2025 02:30see109

Yusif Cabbarov: Ukraynanın titan istehsalçısını güclü və rəqabətədavamlı edəcəyik

04 İyun 2025 16:32see109

“Tor” əməliyyatı ABŞ a siqnaldır ki, müharibə onların ərazisində də ola bilər WSJ

04 İyun 2025 16:26see109

Trampın səbri tükəndi

03 İyun 2025 22:51see109

Bakı Sumqayıt qatarlarından istifadə edənlərin DİQQƏTİNƏ! KONKRET

03 İyun 2025 16:58see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri