Icma.az
close
up
RU
Dəridəki ləkələrə diqqət günəş yanığı illər sonra dəri xərçəngi yarada bilər!

Dəridəki ləkələrə diqqət günəş yanığı illər sonra dəri xərçəngi yarada bilər!

Icma.az bildirir, News24 saytına əsaslanaraq.

Türkiyə Dermatologiya Dərnəyinin sədri Prof. Dr. Ertan Yılmaz xəbərdarlıq edib ki, qısa müddətli günəş yanığı belə illər sonra ciddi sağlamlıq problemlərinə, hətta dəri xərçənginə səbəb ola bilər.

News24.az Sözcü-yə istinadən xəbər verir ki, xüsusilə kürək nahiyəsində yaranan ləkələr mütləq izlənməlidir. Əgər bu ləkələrdə dəyişiklik varsa, dərhal həkimə müraciət etmək vacibdir. Çünki bu ləkələr melanom adlanan və çox sürətlə yayılan, ölümcül bir dəri xərçəngi növünün əlaməti ola bilər.

Prof. Yılmaz deyir ki, günəşin dəridə yaratdığı zərər uşaq yaşlarından başlayaraq yığılır və bəzən təsirləri illər sonra ortaya çıxır. 5-6 aylıq körpəykən belə alınan günəş şüaları gələcəkdə dəri problemlərinə yol aça bilər.

O, günorta saatlarında (10:00–16:00 arası) günəşdən qorunmağın vacib olduğunu və bu mədəniyyətin formalaşdırılmalı olduğunu vurğulayıb. Günəşdən qorunmaq üçün şapka, uzunqol paltar, günəş kremləri və kölgədə qalmaq kimi tədbirlər tövsiyə olunur.

Bəziləri "bəs D vitamini necə olacaq?" sualını verir. Mütəxəssis isə bildirir ki, D vitamini üçün qol və ayağa dəyən günəş işığı kifayətdir, bu səbəbdən uzun müddət günəşdə qalmaq lazım deyil.

Yekun olaraq, günəş yanığı olan bölgədə ləkə qalırsa, onun fotoşəkli çəkilərək zaman-zaman izlənməli, dəyişiklik olarsa mütləq həkimə müraciət olunmalıdır. Bu sadə addım sizi ciddi xəstəlikdən qoruyar.

Xeyrənsə Piriyeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://news24.az
archiveBu xəbər 08 İyul 2025 12:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see286

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see275

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see272

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see266

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see266

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see255

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see250

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see249

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see245

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see243

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see230

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see225

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see224

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see224

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see221

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see217

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see213

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see212

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see206

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri