Icma.az
close
up
RU
Ət alarkən nələrə diqqət edilməlidir? MÜTƏXƏSSİS AÇIQLADI

Ət alarkən nələrə diqqət edilməlidir? MÜTƏXƏSSİS AÇIQLADI

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Heyvanların küçələrdə və ya bu məqsəd üçün nəzərdə tutulmayan yerlərdə kəsilməsi hələ də rast gəlinən hallardandır. Mütəxəssislər bildirirlər ki, baytar nəzarətindən keçməyən heyvanların əti insan sağlamlığı üçün risk yarada və qida təhlükəsizliyi baxımından problemlərə səbəb ola bilər. Buna görə də rəsmi kəsim məntəqələrində həyata keçirilən kəsim daha təhlükəsiz hesab olunur. Bəs istehlakçılar sağlam və təhlükəsiz ət seçmək üçün nələrə diqqət etməlidilər? Küçədə və ya qeyri-qanuni şəraitdə kəsilən heyvanların əti hansı riskləri daşıyır? İstehlakçı alarkən ətin təhlükəsiz olduğunu necə müəyyən edə bilər?

Məsələ ilə bağlı qida mütəxəssisi Asim Vəliyev SİA-ya açıqlamasında bildirib ki, baytar nəzarəti olmadan küçələrdə, müvafiq icazəsi olmayan icazəsiz sahələrdə heyvanların kəsilməsi qida təhlükəsizliyi baxımından ən böyük risk faktorlarından biridir:

"Bəzən düşünürük ki, gözümün qarşısında kəssin, təzə olsun. Qanunsuz küçə kəsimi zamanı qida zəncirində bərpası mümkün olmayan bir neçə ciddi elmi və gigiyenik qayda pozuntusu baş verir. Heyvan canlı ikən baytar həkim müayinəsindən keçmədiyi üçün brusellyoz, vərəm, ya exinakokkoz kimi birbaşa insana keçən xəstəliklərin ət vasitəsilə yayılma riski maksimuma çatır. Həmçinin küçə mühitində ət açıq havaya, toza, avtomobil qazlarına, milçəklərə və digər parazitlərə məruz qalır. Ən təhlükəlisi kəsim zamanı heyvanın daxili orqanları zədələndikdə, bağırsaq florasında olan təhlükəli patogenlər ətin səthinə yoluxur.

Kəsim sonrası düzgün temperatura riayət olunmadıqda bakteriyalar hər 20 dəqiqədən bir həndəsi silsilə ilə çoxalır. Küçədə asılan ət saatlarla bu temperaturda qaldığı üçün üzərində toksinlər formalaşır və bu toksinlərin çoxu bişirilmə zamanı belə məhv olmur. Heyvanın daxili orqanlarında gizli iltihabın, parazitlər, ya qanında toksinlərin olub-olmadığını insan gözü ilə görmək qeyri-mümkündür. Bunu yalnız laborator və kəsimdən sonrakı baytar ekspertizası təyin edə bilər. Göz önündə kəsilən ət hələ ölüm sərtliyi mərhələsində olur. Elmi baxımdan ətin yetişməsi, ph səviyyəsinin aşağı düşməsi və dad-gözəllik keyfiyyətinin artması üçün ət mütləq kəsimdən sonra 2-4 dərəcə temperaturda ən azı 12-24 saat soyuq zəncirdə dincəldilməlidir. Ət alarkən satıcıdan mütləq heyvanın kəsim məntəqəsindən gəldiyini təsdiq edən baytarlıq şəhadətnaməsinin, ya müvafiq qida təhlükəsizliyi sertifikatını olmasını tələb edə bilərik. Ətin üzərində rəsmi kəsim məntəqəsinin ştampı olmalıdır. Sağlam mal əti parlaq qırmızı, qoyun əti isə açıq qırmızı, çəhrayı olmalıdır. Ətin rəngi tünd qəhvəyi, qaralmış, ya yaşılımtıl çalarlı olmamalıdır. Piy təbəqəsi ağ, ya yüngül krem rəngində olmalıdır. Ətin özünəməxsus xoş, spesifik qoxusu var. Hər hansı bir turşumuş, kiflənmiş, amonyak, çox qan qoxusu birbaşa mikrobioloji parçalanmanın əlamətidir".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:211
embedMənbə:https://sia.az
archiveBu xəbər 06 İyul 2026 16:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see462

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see300

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see299

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see293

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see271

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see239

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see236

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see223

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see223

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see216

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see215

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see213

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see211

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see206

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see203

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see202

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see195

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see190

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see185

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri