Icma.az
close
up
RU
Dərman niyə zəhərə çevrilir?

Dərman niyə zəhərə çevrilir?

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Özünümüalicə ağır fəsadlara da səbəb olur

Xəstələnəndə, ağrıya dözə bilməyəndə həkimdən əvvəl dərmanlara üz tuturuq. Bəzən isə onlar dava olmaq əvəzinə dərd gətirir. Orqanizmin özünümüdafiə sisteminin pozulmasi bir çox ağır fəsadlara, hətta ölümə yol açır. Başlıca səbəb isə dərmanlardan kor-koranə istifadədir. Dərmanı müxtəlif sular, şirələr, qazlı içkilər, çayla hətta mayesiz qəbul edənlər də var. Bu cür dərman qəbulu ağrını müəyyən müddətə kəssə də, sonradan müxtəlif fəsadlarla nəticələnir.

Dərmanların fəsadlarından daha çox gənclər əziyyət çəkir. Çünki onların əksəriyyəti dərmanın hansı maye ilə qəbul edildiyini bilmir. Ortayaşlılar arasında dərmanı dişləri arasında əzərək udanlar üstünlük təşkil edir. Onlar bu üsulun daha effektiv olacağına inanırlar. Yaşlı nəsil isə dərman mövzusunda daha diqqətlidir. İlıq su ilə qəbul edilən dərmanların təsirli olacağını düşünürlər.

Həkim-terapevt Xatirə İsayeva deyir ki, bəzi insanlar ən yüngül ağrılarda belə dərman qəbul edirlər. Halbuki bu bədəni dərmana öyrədir və tədricən onun təsirini azaldır. Ağrı dözülməz olduqda dərman qəbul etmək lazımdır. Əks halda bədən dərmanla zəhərlənir: "Dərmanı çay və müxtəlif şirələrlə də qəbul edirlər. Bu zaman dərmanın tərkibi məhz şirə və digər maye tərkibləri ilə uzlaşmayıb zəhərlənmə verə bilər. Dərman su ilə qəbul edilsə, daha yaxşıdır. Həbi mineral su ilə içmək olmaz, çünki bu, preparatın tərkibindəki bəzi maddələrin sorulmasına mane olur. Bunun daha bir səbəbi də var.

Mineral suda fəal kimyəvi birləşmələr olduğundan preparatın tərkibindəki aktiv maddələr ilə reaksiyaya girir. Lakin elə dərman vasitələri də var ki, onları mineral su ilə içmək daha səmərəli olar. Məsələn, mədənin selikli qişasına ziyan vurmamaq üçün eritromisin və həll olunmayan aspirin, yod preparatları kimi dərmanları mineral su ilə içmək məsləhətdir. Bundan əlavə, mədənin selikli qişasını qıcıqlandıran dərmanları süd ilə qəbul etmək olar. Soyuqdəymə və hərarətə qarşı həblər adətən yeməkdən yarım saat əvvəl, ya da yarım saat sonra qəbul olunur. Onları naringi şirəsindən başqa, istənilən şirə ilə içmək mümkür. Subtropik meyvə şirəsi dərman preparatları ilə reaksiyaya girərək orqanizmə təhlükə yaradır. Ona görə, heç bir həkim şirələr ilə dərman qəbul etməyi məsləhət bilmir, çünki hansı dərmanın hansı şirə ilə reaksiyaya girib necə əks göstəriş verəcəyini bilmək çox çətindir".

Almanyalı alimlərin apardıqları araşdırmaların nəticələri göstərib ki, dərmanların əzilərək, kapsulların açılaraq istifadə edilməsi insan həyatı üçün risklidir. Çünki bəzi dərmanlar əzildikdə hava ilə reaksiyaya girərək, zəhərə çevrilir və buna görə də mütəxəssislər kapsulların içini açıb, suya qataraq, içməyi qadağan edirlər. Alimlərin sözlərinə görə, dərmanların əzilərək istifadəsi mədəyə zərər verə bilər.

Terapevt bildirir ki, bir sıra ağrıkəsicilərin əzilərək içilməsi məsləhət görülmür, çünki bu dərmanların tərkibi mədə üçün olduqca təhlükəlidir. Əgər dərman həb formasındadırsa, deməli, onu həb olaraq da qəbul etmək lazımdır. Əks halda hər hansı yan təsirin olma ehtimalı böyükdür: "Əvvəla, dərman vasitəsindən mümkün qədər az istifadə edilməlidir. Çünki dərman hər hansı bir ağrını sakitləşdirsə də, bəzi orqanlardan təsirsiz ötüşmür. Mədə, qaraciyər, böyrək üçün digər problemlərə yol açan həddindən artıq dərman qəbulu bir müddət sonra ağrını kəsmir".

Hər il insanlar arasında qida və dərmandan zəhərlənmə halları baş verir. Bu ilin ilk altı ayı ərzində dərmandan zəhərlənmə səbəbi ilə Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinə 275 nəfər müraciət edib. Müraciət edənlərdən 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb. Təkcə avqust ayı ərzində isə KTM-ə zəhərlənmə diaqnozu ilə 94 nəfər yerləşdirilib. Onlardan 30-u dərmanlardan zəhərlənib. Nəzərə alsaq ki, bu statistika təkcə bir klinikaya aiddir, o zaman ölkə üzrə zəhərlənmələrin nə qədər çox olduğunu təsəvvür etmək elə də çətin deyil.

Mövzu ilə əlaqədar Kliniki Tibbi Mərkəzin baş həkimi Azər Maqsudov bildirir ki, zəhərlənmələrin çoxu doza həddinin aşılması ilə bağlıdır. O, bunun səbəbini dərmanın həkim təyinatı ilə qəbul olunmadıqda doza artımı, müxtəlif preparatların vaxtı-vaxtında içilmədikdə bir-birinə qarışması ilə əlaqələndirir. Həkim tövsiyə edir ki, evdə dərman saxlayarkən də qaydalara düzgün riayət edilməlidir. Əks təqdirdə dərmanın təsiri itir və bədənə fəsad verir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin mütəxəssisi Nərgiz Mikayıllı isə satışda heç bir keyfiyyətsiz dərmanın olmadığını deyir. Onun sözlərinə görə, problem dərmanın keyfiyyətində yox, vətəndaşların onu necə istifadə etməsindədir: “Azərbaycan Respublikasına daxil olan hər bir dərman vasitəsi laboratoriyamızda fiziki-kimyəvi, mikrobioloji analizlərdən keçirilir. Bunlar beynəlxalq standartlar və normativ sənədin tələblərinə uyğun olaraq aparılır. Tələblərə uyğun olduqda dərman vasitələrinə uyğunluq sertifikatları verilir və bundan sonra bazara daxil olur".

Mütəxəssislər bildirirlər ki, dərman zəhərlənməsi qida zəhərlənməsindən daha ağır olduğu üçün ev şəraitində müalicəsi mümkünsüzdür. Ona görə də çalışın dərmanlardan kortəbii şəkildə istifadə etməyin ki, sizi dərdə salmasın.

Elenora HƏSƏNOVA
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 11 Sentyabr 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see276

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see196

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see195

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see193

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see186

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see184

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see184

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see183

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see183

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see182

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see181

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see181

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see178

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see178

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see177

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see176

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see174

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see174

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see173

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri